Arxiv
first first Mart, 2010 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
Baş səhifə | HAQQIMIZDA | Direktorlar şurası | Direktorlar şurası

Direktorlar şurası

Şrift ölçüsü: Decrease font Enlarge font



İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradıcılıq, texniki, təsərrüfat və digər mühüm məsələləri İTRYŞ Direktorlar Şurası tərəfindən müzakirə olunur.

Direktorlar Şurası 13 nəfərdən ibarətdir:

Baş direktor: İSMAYIL ÖMƏROV

Ömərov İsmayıl Abbas oğlu 1954-cü il fevralın 20- də Gürcüstan Respublikasının Borçalı mahalında Bolnisi rayonunun Kvemo-Bolnisi (Kəpənəkçi kəndi) kəndində anadan olmuşdur. 1971-ci ildə Kəpənəkçi kənd orta məktəbini bitirib. Həmin ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur. 1976-cı ildə ali təhsilini başa vuraraq təyinatla Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində əmək fəaliyyətinə başlamışdır. Televiziyanın "İctimai-siyasi proqramlar" redaksiyasında  kiçik redaktordan baş redaktor vəzifəsinə qədər uğurlu bir yaradıcılıq yolu keçmişdir. “Blokada”, “Əsrin faciəsi”, “Qanlı yanvar”, “Qarabağ düyünü” və.s teleserialların müəllifi və aparıcısı olmuşdur. 90-cı illərdə Azərbaycanın üzləşdiyi çoxsaylı faciələrin araşdırıcısıdır.
Bakı Sosial İdaretmə və Politologiya İnstitutunda ikinci təhsil alaraq politoloq ixtisasına yiyələnmişdir.
2000-2005-ci illərdə  ikinci çağırışla Milli Məclisin deputatı olmuşdur.
2005- ci aprel ayının 16 -da 22 namizəd içərisindən səs çoxluğu ilə  İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilmişdir. Qısa bir müddət ərzində Azərbaycanda media sahəsində ən demokratik və şəffaf institutlardan olan İctimai Teleradionu yaratmışdır.
“Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar” Dövlət Komissiyasının üzvüdür. “Qızıl qələm” və “Araz” mükafatlarının laureatıdır.
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimidir.  

Çingiz Aslanov
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun televiziya üzrə müavinidir.
Telejurnalistdir.
30 ildən çoxdur televiziya sahəsində çalışır. “Qızıl Qələm” və “Araz” mükafatları ilə təltif olunmuşdur.
Azərbaycan Respublikasının əməkdar jurnalistidir.
Rafiq Qasımov
İTRYŞ-də baş direktorun texnika üzrə müavinidir. İxtisasca mühəndis-radio texnikdir.
1968-ci ildə Azərbaycan Radio Televiziya Mərkəzində (İndiki AzTV) əmək fəaliyyətinə başlayıb.
Bir neçə il Teleteatrın rəisi, 1981-ci ildən isə AzTV-də videoyazı şöbəsinin rəisi işləyib. Rəhbərlik etdiyi qrupla birgə keçmiş SSRİ məkanında cəmi beş rəngli Səyyar Televiziya Stansiyasının birini ilk dəfə olaraq Azərbaycana gətirib. “Əməkdar Mədəniyyət işçisi” fəxri adı ilə təltif olunub. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimidir.
Azərbaycanda televiziyanın inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
Elman Qədirov
İctimai Televiziya və Radio Yayımları Şirkətində baş direktorun radio üzrə müavinidir.
Jurnalistdir.
30 ilə yaxındır ki, mətbuat sahəsində çalışır. Ölkənin aparıcı qəzetlərində və “AzərTAc” informasiya agentliyində rəhbər vəzifədə işləyib.
“Qızıl qələm” mükafatı laureatıdır. Bir çox yaradıcılıq müsabiqələrinin qalibidir. Yüzlərlə publisistik və analitik yazıları dərc olunub.

Rəhimə Mirzəyeva
İctimai Televiziya və Radio Yayımları Şirkətinin bədii rəhbəridir.
Teatrşünas-rejissordur.
AzTV və Lider kanallarında müxtəlif silsilə proqramların quruluşçu rejissoru olub. Bir çox film-verilişlərin müəllifidir.
Bədii filmlərin və teleserialların dublyajı üzrə mütəxəssisdir.
Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisidir.

Rafiq Nəbiyev
İctimai Televiziya və Radio Yayımları Şirkətinin "Koordinasiya və Proqram direktorluğu"nun direktorudur.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.
Uzun müddət Azərbaycan Dövlət Teleradio Şirkətində şöbə müdiri vəzifəsində çalışıb.
Azərbaycan Respublikasının əməkdar jurnalistidir.

 

Natiq Abdullayev
İctimai Televiziya və Radio Yayımları Şirkətinin “İnformasiya” departamentinin direktorudur.
Bakı Dövlət Universitetinin Tarix fakultəsini bitirib. İqtisad elmləri namizədidir. 1992-ci ildən İTAR-TASS, Azərinforum agentliklərində jurnalist fəaliyyətinə başlayıb və müxtəlif rəhbər vəzifələrdə çalışıb. 1995-ci ildən AzTV-böyük redaktor vəzifəsində işləyib.
Azərbaycan Respublikasının əməkdar jurnalistidir.
Anar Yusifoğlu
İctimai Televiziyanın "Analitik Proqramlar" departamentinin direktorudur.
Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib.
“ANS” Müstəqil Teleradio Yayımları Şirkəti, “525-ci qəzet”, “Sara” Teleradio Şirkəti, “Qanun” jurnalında çalışıb.
Cəsarət Valehov
İctimai Televiziyanın "Elm və Təhsil verilişləri" departamentinin direktorudur.
Qərb Universitetini, Prezident Yanında İdarəçilik Akademiyasının magistraturasını, Azərbaycan Universitetinin beynəlxalq münasibətlər üzrə magistraturasını, Bakı Dövlət Universitetinin aspiranturasını bitirib. Qərb Universitetinin baş müəllimidir. 
Filologiya elmləri namizədidir.
AMEA-nın fəlsəfə, Siyasi və Hüquq Tədqiqatlar İnstitutunda elmi işçi, Azərbaycan Dövlət Teleradio Yayımları Şirkətində redaktor vəzifəsində çalışıb.
Rafiq Səməndər
İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Ədəbiyyat və İncəsənət” departamentinin direktorudur.
Yazıçı-jurnalisdir. 35 ildir mediada çalışır. BMTİ, “Dünya” TV, Lider televiziyalarında baş redaktor işləyib. 20 bədii əsərin və 25 pyesin müəllifidir. 20 Yanvar Şəhidlərinə həsr olunmuş 150 min tirajla çap olunmuş “Şəhidlər” kitabının müəllifidir.
Azərbaycan Beynəlxalq Universitetində baş müəllimdir.
İmir Məmmədov
İctimai Televiziya və Radio Yayımları Şirkətində radionun "Ədəbiyyat və İncəsənət" departamentinin direktorudur.
Tiflis Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
Yazıçı, Gürcüstan Dövlət mükafatı laureatıdır, Şərəf ordeni kavaleridir.
Əmək fəaliyyətinə 1985-ci ildə Gürcüstan Dövlət Teleradio Yayımları Komitəsində jurnalist kimi başlayıb, Gürcüstan prezidentinin Regional Siyasət və İdarəetmə xidmətinin rəis müavini vəzifəsinə qədər yüksəlib.
Azərbaycan Respublikası Yazıçılar Birliyinin üzvüdür.
Dünya azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvüdür.

 

© 2010 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən İctimai TV-yə istinad zəruridir.
© 2005-2010 - İctimai Televiziya və Radio Yayımları Şirkəti
E-mail: info@itv.az