BAŞ SƏHİFƏ | Azərbaycan | Dünya dini liderləri Bakıda aprelin sonunda toplaşacaq

Dünya dini liderləri Bakıda aprelin sonunda toplaşacaq

Şrift ölçüsü: Decrease font Enlarge font

Erməni katalikosu Qareginin iştirakı isə sual altındadır

Dünya dini liderlərinin Bakıda keçiriləcək sammitinin vaxtı dəqiqləşib. İtv.az APA-ya isrinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Bakıda keçiriləcək zirvə görüşünün aprelin 27-dən 29-dək davam edəcəyini deyib. Onun sözlərinə görə, tədbirdə 150-dək dini lider iştirak edəcək. Bundan başqa, dünyada mövcud olan ənənəvi dinlərin hər birinin təmsilçiləri bu zirvə görüşündə iştirak edəcəklər.
Allahşükür Paşazadə sammitə bütün ermənilərin katolikosu II-ci Qareginin də dəvət ediləcəyini istisna etməyib: “MDB Dinlərarası Şurasına bütün ölkələrin dini liderləri daxildir. Mən bu qurumun həmsədriyəm. Bildiyimə görə, yaxın vaxtlarda Moskva və bütün Rusiyanın patriarxı Kiril  Ermənistana səfər edəcək. Yəqin həmin səfər zamanı Qaregini də Bakıdakı tədbirə dəvət edəcək. Mən bu dəvətdə heç bir qeyr-adilik görmürəm. Çox arzu edərdim ki, Qaregin Bakıya gəlib, Azərbaycan həqiqətlərini öz gözləri ilə görsün. Ancaq dəvət olunsa da, Qareginin Bakıdakı tədbirdə iştirak edəcəyinə inanmıram. Yəqin ki, Bakıda zirvə görüşü keçirilən zaman Ermənistanda da uydurma “erməni soyqırımı” ilə bağlı tədbirlər olacaq”  sitatın sonu.  www.itv.az

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
© 2005-2012 - İctimai Televiziya və Radio Yayımları Şirkəti
E-mail: info@itv.az