BAŞ SƏHİFƏ | Azərbaycan | Soyadlarımızı dəyişsək milli varlığımız dəyişəcəkmi?

Soyadlarımızı dəyişsək milli varlığımız dəyişəcəkmi?

Şrift ölçüsü: Decrease font Enlarge font

«Yeni nəsil» Curnalistlər Birliyinin soyadların dəyişdirilməsilə bağlı təşkil etdiyi debatda müxtəlif fikirlər səslənib


Soyadlarin dəyişdirilməsilə bağli debat millət vəkili Sabir Rüstəmxanli və tarixçi alim Musa Qasımlı arasında keçirildi. Hər iki iştirakçi soyadların milliləşdirilməsini vacib sayaraq, -ov, -ev sonluqlarinin -li, -li, -lu, -lü, -oğlu, -qizi və -zadə ilə əvəz olunmasini təklif etdilər. Bildirildi ki, milli soyad dövlətin artributlari ilə eyni tutulur və azərbaycanlıların dünyada başqa millətlərdən fərqlənməsi üçün olduqca vacibdir. 

Millət vəkili Sabir Rüstəmxanli: Bu, bizim milli dövlətçiliyimizin artributlarindan biridir. Geribimiz kimi, himnimiz kimi, bayrağimiz kimi. Zorla əlimizdən alinib 30-cu illərdə, ümumiyyətlə rus işğalindan sonra tarixi soyadlarimiz dəyişdirilib. Burda adin dəyişdirilməsindən söhbət getmir. Bəziləri elə bilir ki, atasinin və ya babasinin dəyişdirilməsi nəzərdə tutulur. Sadəcə soyadlarin sonundaki -ov, -ev-dən imtinadir.  

Tarix elmləri doktoru Musa Qasımlı: Biz müstəqil dövlət olduğumuzdan milli mənəvi dəyərlərimizlə bağlı, soyadlar, eləcə də digər məsələlərlə bağli yad ünsürlərdən xilas olmaliyiq. Bir qismindən birdəəlik, bir qismindən təcricən xilas olmaq olar. 

Prosesin necə həyata keçirilməsinə gəlincə, bu barədə fikirlər müxtəlifdir. Bunun üçün siyasi qərarın qəbul olunmasinin tərəfdari olanlar da var, məsələnin maariflənmə yolu ilə tənzimlənməsini çixiş yolu sayanlar da. 

Millət vəkili Sabir Rüstəmxanli: 1992-ci ildə bu barədə qərar qəbul olunmuşdu. Əgər o qərara əsasən o vaxt əsasnamə hazirlayib vətəndaşliq aktlari idarələrinə verilsəydi, 18 il ərzində əhalimizin yarisi soyadini ədyişmiş olacaqdi. İndi də görünür ya rəsmi qanunun qəbul olunmalidir Milli Məclisdə, ya da ölkə başçisinin bir sərəncami ilə bu məsələ həll olunmalıdır.    

Tarix elmləri doktoru Musa Qasımlı: Bu məsələdə bir az gələcəyə baxmaq, yeni doğulan nəsillər üçün düşünmək lazımdır. Düşünürəm ki, maariflənmə aparilmasinda fayda var. İnsanlar bunu sevərək, başa düşərək etməlidirlər. Dəyişməyənləri isə məcbur etmək yox, izah etmək olar. 

Polemikalarda həmçinin tarixçilər, hüquqşünaslar, qeyri-hökumət təşkilatlari və media nümyaəndələri də iştirak ediblər. 
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
© 2005-2012 - İctimai Televiziya və Radio Yayımları Şirkəti
E-mail: info@itv.az