Bu dəfə polislə yük maşını sürücüləri arasında toqquşma olub
Küçələrə çıxaraq nümayiş keçirən sürücülər polisin yolu açmaq tələbinə məhəl qoymayıb. Nəticədə tərəflər arasında toqquşma başlayıb. Asayiş keşikçiləri nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edir. Xatırladaq ki, son dövrlər Yunanıstanda hökumətin iqtisadi siyasətinə etiraz olaraq nümayiş və tətillər ənənə halını alıb.