BAŞ SƏHİFƏ | Dünya | TBMM Xarici İşlər Komissiyasında Xocalı faciəsinin 20 illiyi ilə əlaqədar bəyanat qəbul olunub

TBMM Xarici İşlər Komissiyasında Xocalı faciəsinin 20 illiyi ilə əlaqədar bəyanat qəbul olunub

Şrift ölçüsü: Decrease font Enlarge font
image Sənəddə vurğulanır ki, bəşəriyyət Xocalı faciəsindən bu gün və gələcəkdə dərslər çıxarmalıdır

Sənəddə vurğulanır ki, bəşəriyyət Xocalı faciəsindən bu gün və gələcəkdə dərslər çıxarmalıdır

Xocalı faciəsinin 20 illiyi ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinin Xarici İşlər Komissiyasında aparılan  müzakirələrdən sonra qəbul edilən bəyanatda deyilir ki, Xocalıda yaşananlar bəşər tarixi üçün böyük bir ayıb, beynəlxalq hüquqa görə isə insanlıüa qarşı cinayətdir. Azərbaycan türklərinə qarşı törədilən bu qətliamın acılarını qardaş türk xalqı olaraq ürəyimizdə hiss edir və qınayırıq. Bəşəriyyət Xocalı faciəsindən bu gün və gələcəkdə dərslər çıxarmalı, indiyədək bu istiqamətdə hansı mövqeni ortaya qoyduüu haqda düşünməlidir. Bu qətliam qurbanlarının çəkdikləri acıların bütün dünya xalqları tərəfindən anlaşılması lazımdır. Türkiyə insani və vicdani dəyərləri yox sayan bu əməlin öyrənilməsi və günahkarların məhkəməyə çıxarılması istiqamətində haqlı mübarizəsində Azərbaycana dəstək verməyə davam edəcək”..  

Yeri gəlmişkən, Türkiyədə Xocalı soyqırımının 20 illiyini  geniş anım   tədbirləri ilə yad edirlər. Fevralın 26-da isə  İstanbulun Taksim meydanında minlərlə insanın iştirakı ilə aksiya keçiriləcək

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
© 2005-2012 - İctimai Televiziya və Radio Yayımları Şirkəti
E-mail: info@itv.az