Qazet başlıqları
“Sabah” qəzeti
Türkiyənin “Sabah” qəzetində «Narıncı inqilaba son qoyuldu» başlıqlı yazıda Ukraynanın prezidentliyi uğrunda ikinci turda səs çoxluğu qazanmış Viktor Yanukoviçin fəaliyyətindən bəhs olunur. Qəzet yazır ki, dörd il boyunca Rusiya hegemonluğundan xilas edib üzünü Qərbə tərəf tutan Ukrayna təkrar Kremlə döndü. Bildirilir ki, narıncılar dövründə başladılan bir sıra işlər yarımçıq qalacaq. Həmçinin Ukraynanın NATO-ya üzv olması istiqamətində atılan addımlar daha da zəifləyəcək. Qəzetə görə, Viktor Yanukoviçin qələbə qazanması qərbyönümlü “narıncıların” verdiyi vədlərə əməl etməməsinin göstəricisidir
“Nyu-York Tayms” qəzeti
Qəzet Amerikada artıq bir müddətidi mübahisəli məsələyə çevrilən səhiyyə haqqında qanunla bağlı yazı dərc edib. Yazıda qeyd olunur ki, ABŞ prezidenti Barak Obama səhiyyə haqqında qanunun müzakirə olunması üçün Ağ evdə respublikaçı liderlərlə görüş keçirməyi planlaşdırır. Barak Obama bu ayın sonuna qədər keçiriləcəyi gözlənilən görüşdə respublikaçıları iştirak etməyə çağıraraq onların təkliflərinin müzakirə olunacağını deyib. Qeyd edək ki, respublikaçılar tibbi sığorta qiymətlərinin aşağı salınmasını təkilf edir. Amerikanın özündə isə 30 milyona qədər insanın tibbi sığortası yoxdur. Qəzet yazır ki, Barak Obama bu görüşü keçirməklə tibbi sığorta problemini birdəfəlik aradan qaldırmağı düşünür.
“İzvestiya” qəzeti
Rusiyanın bu nüfuzlu qəzeti «NATO Rusiyanın hərbi doktrinasını baş tutmamış hesab edir» başlıqlı yazı dərc edib. Simali Atlantik Alyans Dmitrii Medvedevin təsdiq etdiyi Rusiyanın yeni hərbi doktrinasını real hesab etmir. NATO Rusiyanın düşməni deyil. «Deməliyəm ki, yeni doktrina reallığa uyğun deyil. Alyansın baş katibi Anders Foq Rasmussen belə deyib. Doktrinada deyilir ki, Alyansın sərhədlərinin şərq istiqamətində Rusiyaya tərəf genişlənməsi rəsmi Moskvanın təhlükəsizliyinə əsas maneələrdən biridi. Moskva ilə münasibətlərin normallaşmasını NATO-nun qarşısında duran əsas məsələrdən hesab edən Rasmussenin fikrincə, münasibətlərin düzəlməsi üçün hər iki tərəf cəhd göstərməlidi. Analitiklər isə Rusiyanın hərbi doktrinasının Rasmussen üçün növbəti uğursuzluq kimi qiymətləndirirlər.
“Quardian” qəzeti
Böyük Britaniya universitetlərində çaılşan minlərlə insan işsiz qala bilər və universitet şəhərciklərinin bağlanma ehtimalı artıb. “Quardian” qəzeti yazır ki, buna səbəb hökümətin büdcədə bu sahəyə ayrılan maliyyənin həcminin azaltmasıdır. Qəzeti ölkənin 25-dən çox ali təhsil müəsissəsi rəhbərinin fikrini öyrənib. Onlar da hökümətin bu qərarını kəskin tənqid ediblər və bildiriblər ki, bu yolla Amerika təhsil sisteminə uyğun olaraq özəlləşmiş institular kimi fəaliyyət göstərəcək.
“Japan Times” qəzeti
Yaponiyanın məşhur Japan Times qəzeti bu ölkənin Rusiya ilə münasibətlərində son vaxtlar müşahidə olunan soyuqluqdan bəhs edir. Yaponiyanın baş naziri Yukiyo Hatoyama bildirib ki, rəhbərlik etdiyi administrasiyanın qarşısında duran əsas problem Rusiya Federasiyası ilə mübahisəli ərazi məsələsini həll etməkdir. Baş nazir onu da əlavə edib ki, iki ölkə arasında 1956-cı ildə imzalanan birgə bəyannamə bu məsələnin nizamlanması üçün həlledici ola bilməz. Xatırladaq ki, Rusiya ilə Yaponiya arasında 4 ada üzərində mübahisə yaranıb. Yaponiya və SSRİ arasında əldə olunan razılığa əsasən həmin adalardan yalnız ikisi Yaponiyaya qaytarılır.