Nuri əl-Malik
Nuri əl-Malikinin rəhbərlik etdiyi koalisiya irəlidədir
İraqda parlament seçkisinin ilkin nəticələri məlum olub. Nəticələrə görə İraqın iki cənub əyalətində baş nazir Nuri əl-Malikinin rəhbərlik etdiyi koalisiya irəlidə gedir. Müstəqil seçki komissiyasının məlumatına görə, bütün 18 əyalətdə ilkin nəticələr yaxın saatlarda bəlli olmalıdır. Yekun rəsmi nəticələr isə bir neçə həftədən sonra bəlli olacaq.
Bu arada, İraqın baş naziri Nuri əl-Malik əməliyat olunub. Prezident adminstrasiyasının nümayəndəsinin bildirdiyinə görə, baş nazirin əməliyatı uğurla başa çatıb və o, yaxın günlərdə işə çıxacaq. www.itv.az