Arxiv
first first İyul, 2010 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
Baş səhifə | DÜNYA | Zəngin Korutürk artıq Ankaraya dönüb

Zəngin Korutürk artıq Ankaraya dönüb

Şrift ölçüsü: Decrease font Enlarge font

Əhməd Davudoğlu Türkiyənin bu qərarlardan sonra sərt münasibətinin olacağını bildirib

İsveç parlamentinin Xarici Əlaqələr Komitəsində yalnız bir səs çoxluğu ilə qəbul edilən  qondarma  erməni soyqırımına dair  qətnaməyə etiraz olaraq geri çağırılan səfir Zəngin Korutürk artıq Ankaraya dönüb. Atatürk hava limanında jurnalistlərin suallarını cavablandıran səfir İsveçdən bu qərarın qəbulunu gözləmədiyini bildirib. Türkiyə prezidenti və baş naziri ilə görüşəcəyini açıqlayan Korutürk İsveç hökumətinin də parlamentin xarici əlaqələr komitəsi tərəfindən qəbul edilmiş bu qərardan narahat olduğunu bildirib. 
Türküyənin İsveçdəki səfiri Zəngin Korutürk: Qərarın qəbulu ilə bağlı Türkiyənin Xarici İşlər nazirliyinə çağrılan İsveçin Türkiyədəki səfiri Krister Asp parlamentdə 1 səs çoxluğu ilə qəbul edilmiş qərardan höküməti adına böyük sarsıntı keçirdiyini və bu qərarın rəsmi Türkiyə ilə dostluq əlaqələrinə ciddi ziyan vurmayacağını əminliyini bildirib. Finlandiyada rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İsveçli həmkarı ilə görüşdən sonra alınmış bu qərarın qeyri-ciddi olduğunu və rəsmi Türkiyənin də bu qərarlardan sonra sərt münasibətinin olacağını bildirib.
Türkiyənin xarici İşlər naziri Əhməd Davutoğlu: İsveçin xarici işlər naziri Karl Bildt isə qərarın qəbul edilməsinə  baxmayaraq daim Türkiyə ilə dostluq münasibətlərini davam etdirəcəklərini, Türkiyənin Avropa Birliyinə qəbul edilməsində dəstək olacaqlarını bildirib. İsveç parlamentində təmsil olunan türk millət vəkili Məhmət Kaplanın mövqeyi isə vətənində ciddi nazarılığa səbəb olub. Parlamentdə 1 səs çoxluğu ilə qərar qəbul edilən zaman məhz Kaplan səsverməkdən imtina edib. Lakin daha sonra müsahibəsində deputat belə bir qərarın qəbulunu gözləmədiklərini söyləyərək səsvermədə iştirak etməməsinin səbəbini üzv olduğu Çevrə Patiyasının qərarın müzakirəsindən əvvəl verdiyi qərarla izah edib. Qeyd edək ki, İsveç parlamentində Məhmət Kaplanın da üzv olduğu Çevrə partiyası və digər 2 partiya məhz bu layihənin qəbulu üçün xüsusi canfəşanlıq göstərib. Türkiyədə yaşayan türklər və ermənilər isə, qərarın qəbul edilməsinə etiraz olaraq İsveç səfirliyi qarşısında toplaşıb. İsveçin yerli xalqı olan lahonlara qarşı soyqrım törətdiklərini unutmadıqlarını söyləyən aksiya iştirakçıları tez bir zamanda İsveç hökümətinin türk xalqından üzr istəməsini tələb edib. 
© 2010 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən İctimai TV-yə istinad zəruridir.
© 2005-2010 - İctimai Televiziya və Radio Yayımları Şirkəti
E-mail: info@itv.az