Toplantı Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilir
Baş nazir Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən tolplanıtıda qondarma erməni soyqrımı ilə bağlı bəzi ölkələrin parlamentlərində qəbul edilən qərarlar, Avropa ittifaqı ilə əlaqələr, ölkə konstitusiyasına dəyişiklik və bir sıra iqtisadi məsələlərin müzakirəsi gözlənilir.
Türkiyə Parlamentinin Xarici Əlaqələr Komitəsində İsveç və ABŞ parlamentlərində qəbul edilən qondarma erməni soyqrımına dair layihə ilə əlaqədar son vəziyyət müzakirə edilib. İclasda iştirak edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu son vəziyyətin parlamentlərarası əlaqələrin nə vəziyyətdə olduğunu nümayiş etdirdiyini vurğulayıb. Əhməd Davudoğlunun sözlərinə görə parlamentlərarası əlaqələri inkişaf etdirmək zəruridir. Türkiyə Xarici Siyasət İdarəsinin rəhbəri bundan sonra atılacaq addımların dəqiqliklə müəyyənləşdiriləcəyini vurğulayıb. Daha sonra qapalı formatda keçirilən toplantıda TBMM-in Xarici Əlaqələr Komissiyasının sədri Murad Mərcan, bir qədər əvvəl İsveçdən məsləhətləşmək üçün Ankaraya çağrılan səfir Zergin Korutürk və ABŞ-dakı səfir Namiq Tan da iştirak edib.