BAŞ SƏHİFƏ | Elm | 237 namizəd dünyanın ən nüfuzlu mükafatına iddialıdır

237 namizəd dünyanın ən nüfuzlu mükafatına iddialıdır

Şrift ölçüsü: Decrease font Enlarge font

Keçən il bu göstərici 205 nəfər təşkil edirdi

Bu il 38 təşkilat da daxil olmaqla 237 namizəd dünyanın ən nüfuzlu Nobel mükafatına iddialıdır. Oslodakı Nobel institutunun rəhbəri Qir Lundestadın sözlərinə görə, bu il namizədlərin sayı əvvəlki illərə nisbətən daha çoxdur. Keçən il bu göstərici 205 nəfər təşkil edirdi. Laureatların adları oktyabrın əvvəllərində açıqlanacaq, mükafat isə onun təsisçisi Alfred Nobelin ölüm günü, yəni dekabrın 10-da Osloda təqdim olunacaq.  Qeyd edək ki, Nobel mükafatı 6 kateqoriya üzrə-kimya, fizika, ədəbiyyat, tibb və fiziologiya, iqtisadiyyat və sülh üzrə verilir. Keçən il Nobel Sülh mükafatına ABŞ-ın 44-cü prezidenti Barak Obama layiq görülmüşdü. 

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı

© 2005-2012 - İctimai Televiziya və Radio Yayımları Şirkəti
E-mail: info@itv.az