“Azərbaycana səfərimi səbirsizliklə gözləyirəm”
Almaniyanın Eurovision 2012 təmsilçisi mahnısını hər kəsə sevdirəcəyinə inanır
Almaniyanın Eurovision 2012-dəki təmsilçisi Roman Lob may ayında Azərbaycana səfərini səbirsizliklə gözləyir. Eurovision.az saytı bildirir ki, mügənni fərqli mədəniyyətlərlə və insanlarla yeni tanışlığın ona xüsusi zövq verdiyini deyib.
Öz mahnısını hər kəsə sevdirəcəyinə inanan Roman Lob qalibiyyətin onda möhtəşəm hisslər yaşatdığını deyib. Amma Milli Finalda həyəcanlı olduğunu və qələbə günü bu həyəcandan söz tapa bilmədiyini etiraf edib.
Xatırladaq ki, Roman Lob Bakıdakı Eurovision Mahnı Müsabiqəsində Almaniyanı “Standing Still” mahnısı ilə təmsil edəcək.






