İctimai Televiziya və Radio Yayımları Şirkəti: “Safura Əlizadə ali məktəbə qəbul olmaq üçün imtahan verəcək” “Safura Əlizadə ali məktəbə qəbul olmaq üçün imtahan verəcək” ================================================================================ Natiq Aliyev on 11 İyun, 2010 “Mən TQDK sədriyəm, amma “Eurovision” müsabiqəsinin iştirakçısı Səfurə Əlizadənin ali məktəbə müsabiqədən kənar qəbul olması barədə mənə qərar daxil olmayıb”. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib. Səfurə Əlizadənin ali məktəbə müsabiqədən kənar yerləşdirilməsi barədə yayılan məlumatlara aydınlıq gətirən TQDK sədri deyib ki, “Eurovision” təmsilçimiz ali məktəbə qəbul üçün sənəd verib: “Amma o, imtahanda iştirak edəcək. Çünki “Eurovision” müsabiqəsində beşinci yeri tutub”.