BAŞ SƏHİFƏ | EUROVISION MAHNI MÜSABİQƏSİ - 2010 | Nümayəndə heyətləri martın 22-də Osloda toplaşacaq

Nümayəndə heyətləri martın 22-də Osloda toplaşacaq

Şrift ölçüsü: Decrease font Enlarge font

“Eurovision-2010”da təmsilçi və mahnının təsdiqlənməsi üçün 21 mart sonuncu gündür

Bu ilin mayında keçiriləcək 55-ci Eurovision Mahnı Müsabiqəsində iştirak edəcək 39 ölkənin nümayəndə heyətləri martın 22-də Oslo şəhərində toplaşacaq. Bu açıqlamanı www.itv.az saytına “Eurovision” müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimli verib.
Onun sözlərinə görə, təmsilçi və ifa olunacaq mahnının təsdiqlənməsi üçün 21 mart sonuncu gündür: “Martın 22-də “Eurovision” Mahnı Müsabiqəsinin keçiriləcəyi Oslo şəhərində bütün iştirakçı ölkələrin iştirakı ilə iclas keçiriləcək. Nümayəndə heyətlərinin rəhbərlərinin iştirakı ilə baş tutacaq iclasda bütün ölkələr öz təmsilçisini və mahnını rəsmi olaraq Avropa Yayım Birliyinə təqdim edəcəklər. Elə həmin gün mayın 25-i və 27-də keçiriləcək yarımfinallarda çıxış edəcək 34 ölkənin, eləcə də birbaşa final mərhələsində iştirak hüququ qazanan 5 ölkənin hansı nömrə altında çıxış edəcəyi məlum olacaq”. www.itv.az

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
© 2005-2012 - İctimai Televiziya və Radio Yayımları Şirkəti
E-mail: info@itv.az