BAŞ SƏHİFƏ | EUROVISION MAHNI MÜSABİQƏSİ - 2010 | Eurovision mahnı - 2009 | Azərbaycanın “Eurovision” təmsilçilərinin klipi “Youtube”da keçirilən beynəlxalq internet müsabiqəsində birincilik qazanıb

Azərbaycanın “Eurovision” təmsilçilərinin klipi “Youtube”da keçirilən beynəlxalq internet müsabiqəsində birincilik qazanıb

Şrift ölçüsü: Decrease font Enlarge font

9 ay ərzində Azərbaycan təmsilçilərinin klipi 5,5 milyon dəfə izlənib

Azərbaycanın “Eurovision” təmsilçilərinin klipi “Youtube”da keçirilən beynəlxalq internet müsabiqəsində birincilik qazanıb

Azərbaycanı “Eurovision-2009” mahnı müsabiqəsində ifa olunan “Always” mahnısına çəkilən klip “Youtube” saytında keçirilən beynəlxalq internet müsabiqəsində birincilik qazanıb. APA-nın xəbərinə görə, 2009-cu ilin yekunlarına həsr olunmuş müsabiqədə kliplər izlənmə sayına görə sıralanıb. “Eurovision-2009” müsabiqəsində Azərbaycanı təmsil edərək üçüncülük qazanan Aysel Teymurzadə və Araşın ifasında səslənən bu mahnıya çəkilən klip dünya internet auditoriyasını valeh edib. Belə ki, 9 ay ərzində Azərbaycan təmsilçilərinin klipi 5,5 milyon dəfə izlənib. 

İnternet müsabiqəsində ikinciliyi “Eurovision-2009” müsabiqəsinin qalibi olmuş Norveç təmsilçisi Aleksandr Rıbak “Fairytale” klipi ilə qazanıb. Bu klip “Always”dən 400 min dəfə az izləyici toplayıb. 

Üçüncü yeri “Eurovision-2010” müsabiqəsi ilə bağlı Norveçdə aparılan milli seçim video-roliki tutub. Video-rolikə 3,1 milyon dəfə baxılıb. Dördüncü yeri 1,6 milyon dəfə baxılan, “Eurovision-2009” müsabiqəsində yeddinci yeri qazanmış Yunanıstan təmsilçisi Sakis Ruvasın “This is our night” mahnısına çəkilən klip tutub. Müsabiqənin ilk beşliyini “Eurovision-2009” müsabiqəsində dördüncülük qazanmış Türkiyə təmsilçisi Hadisə Açıqgözün “Düm tək-tək” mahnısına çəkilən klip tamamlayıb. Bu klip 1,3 milyon dəfə izlənib. 
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
© 2005-2012 - İctimai Televiziya və Radio Yayımları Şirkəti
E-mail: info@itv.az