"EUROVİSİON-2009" RƏQS MÜSABİQƏSİ BAKIDA KEÇİRİLƏCƏK
Müsabiqə Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək
Avropa Yayım İttifaqı (EBU) və Eurovision TV üçüncü Avroviziya rəqs müsabiqəsinin bu ilin sentyabr ayında Bakıda keçiriləcəyini elan edib. Eurovision TV-nin rəsmi saytında verilən məlumata görə, müsabiqə Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək. 135 dəqiqəlik şou mərkəzi Avropa vaxtı ilə saat 21.00-da Avroviziya şəbəkəsi vasitəsilə bütün Avropa ölkələrində birbaşa efirdə nümayiş ediləcək. Yarış 8 saat davam edəcək. Tədbir Avroopa Yayım İttifaqı tərəfindən təşkil ediləcək və onun Azərbaycan üzvü (İTV) tərəfindən reallaşdırılacaq.
Beynəlxalq rəqs müsabiqəsinin konsepsiyası Beynəlxalq İdman Rəqsləri Federasiyası (İDSF) tərəfindən yaradılıb və iki prodakşn şirkəti –Splash Media və Sunset+Vine tərəfindən teleşouya çevrilib. Avropa Yayım İttifaqı isə bu şounu Avroviziya müsabiqələri ailəsinə qoşub. İlk dəfə şou 2007-2008-ci illərdə BBC tərəfindən uğurla həyata keçirilib.
Müsabiqədə cütlər iştirak edəcəklər. Bununla yanaşı, onları ekspertlər qrupu qiymətləndirəcək, Avropa auditoriyası isə telesəsvermə vasitəsilə öz fikrini bilərəcək.
-
11 Fevral, 2012
"Qaranlıqlar çiçəyi", 6-cı seriya (III hissə) -
11 Fevral, 2012
«Müasir Azərbaycan» fotomüsabiqəsinin qaliblərinə hədiyyələr təqdim edilib -
11 Fevral, 2012
Günəş Abbasova Belarusun Milli Finalındakı mahnısını təqdim edib -
11 Fevral, 2012
Bu gün 3 ölkə Eurovision təmsilçisini elan edəcək -
11 Fevral, 2012
"Bütün dünya tezliklə İranın nüvə sahəsində yeni uğurlarına şahidlik edəcək" -
11 Fevral, 2012
Prezident İlham Əliyev Argentinanın turizm nazirini qəbul edib -
11 Fevral, 2012
Tovuz rayonunda torpaq sürüşməsi baş verib -
11 Fevral, 2012
Şuşanın Malıbəyli və Quşçular kəndlərinin işğalından 20 il keçir






