BAŞ SƏHİFƏ | FƏALİYYƏT | İctimai Teleradionun əməkdaşlarına orden, medal və fəxri adlar təqdim olunub

İctimai Teleradionun əməkdaşlarına orden, medal və fəxri adlar təqdim olunub

Şrift ölçüsü: Decrease font Enlarge font
image

Ümumilikdə 10 əməkdaş təltif olunub

Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq noyabrın 10-da  Azərbaycanda  televiziya və radionun inkişafındakı xidmətlərinə görə  təltif olunmuş İctimai Televiziya və Radio Yayımları Şirkəti əməkdaşlarına orden, medal və fəxri adların təqdim olunma mərasimi keçirilib. Mərasimdə iştirak edən prezident administrasiyasının ictimai siyasi məsələlər  şöbəsinin müdiri Əli Həsənov dövlət tərəfindən kütləvi informasiya vastələrinə hər zaman qayğı və diqqətin olduğunu və bu siyasətin davam edəcəyini deyib.

Kütləvi informasiya vasitələrinə qayğı və diqqət ulu öndər Heydər Əliyev tərəfindən  hər zaman olub və bu siyasət bu gün də davam edir. Prezident administrasiyasının şöbə müdiri Əli Həsənov  prezident İlham Əliyev tərəfindən Azərbaycan televiziya və radiosunun inkişafında xidmət göstərənlərin təltif olunmasını dövlət tərəfindən diqqətin təzahürü kimi dəyərləndirib. İctimai Televiziyanın 6 il müddətində böyük uğurlara imza atdığını deyən Əli Həsənov, bu uğurların televiziyanın kollektivinin  böyük zəhməti hesabına  başa gəldiyini vurğulayıb. O qeyd edib ki, İctimai Televiziya yarandığı gündən öz veriliş və proqramlarında ictimai maraqları əsas tutub. Bütün bu xidmətlərin dövlət tərəfindən nəzərə alındığını vurğulayan Əli Həsənov İctimai Televiziya və Radio Yayımları Şirkətinin bir qrup əməkdaşının təltif olunduğunu bildirib. Daha sonra İctimai Teleradionun əməkdaşlarına mükafatlar təqdim edilib.

Qeyd edək ki, İctimai Teleradionun ümumilikdə 10 əməkdaşı orden, medal və fəxri adlarla təltif olunub. Təltif olunanlar onlara göstərilən diqqət və qayğıya görə dövlətə və prezidentə öz təşəkkürlərini bildiriblər.

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
© 2005-2012 - İctimai Televiziya və Radio Yayımları Şirkəti
E-mail: info@itv.az