“Yeni gün” proqramının aparıcıları Saleh Bağırov və Cüneyt Cakova “Altun” mükafatına layiq görülüblər
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Səhər proqramları departamentinin direktor müavini, “Yeni gün” proqramının aparıcısı Saleh Bağırov və İctimai Televiziyanın, Türkiyənin TRT "AVAZ" televiziyasının ortaq yayımla bütün türk dünyasına səsləndiyi “Yeni gün” proqramının aparıcısı Cüneyt Cakova "Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu"nun Fəxri fərmanı ilə təltif olunublar. www.itv.az xəbər verir ki, onlar bu mükafata türkdilli dövlətlərin ədəbi-mədəni əlaqələrinin inkişafında göstərdikləri xüsusi xidmətlərə görə layiq görülüblər.
"Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu" “Altun” adlanan mükafatı ildə bir dəfə təsis edir və mükafatı Qırığızıstanın prezidenti Kurmanbek Bakıyev təqdim edir.
Qeyd edək ki, “Altun”un növbəti sahibləri may ayında Bişkekə gedəcəklər. www.itv.az