İctimai Televiziya və Radio Yayımları Şirkəti: Bədii filmlər Bədii filmlər ================================================================================ Fuzuli Majidli on 13 Dekabr, 2011 1. Köhnə məhəllədə yeni il Tele-komediyanın əsas qəhrəmanları Bakının köhnə məhəllələrində yaşayan bir həyətin sakinləridir. Həyəti söküb yerində göydələn tikmək istəyirlər. Burada xarakterlər toqquşur, konfliktlər yaranır. Nəhayət həyət sökülür hamını bir göydələnə yerləşdirirlər. Köhnə qonşular yenə bir yerdədir. 2. Balqabaq Əsərin maraqlı bir süjet xətti var. Bostanda əkdiiyi balqabaq tağ atıb qonşunun bağında yetişir. Balqabağın kimə məxsus olduğu haqda mübahisələr başlayır. Nəhayət dostluq, yaxın qonşuluq və mehribançılıq qalib gəlir. 3. Səhərə inam Hadisələr yeni il axşamı baş verir. Həyat yoldaşının sağalmaz xəstəliyə düçar olduğunu bilən professor onun üçün gözəl bir yeni il gecəsi təşkil edir, xanəmənda sabaha inam yaradır. Bu inam onlara xoşbəxtlik gətirir. 4. Əzizim FelliniGənc rejissor öz taleyindən bir film çəkir. Filmdə sevgi, nifrət faciəyə çevrilir. Bu faciəni gənc rejissor alən yazısı kimi qəbul edir. Film sevilir və bəyənilir. 5. Zirvədəkilər- Leyla Bədirbəyli Televiziya filmi SSR-nin xalq artisti Leyla Bədərbəylinin həyat və yaradıcılığına həsr olunub. Filmdə görkəmli aktrisanın son günləri də yer alır.