İctimai Televiziya və Radio Yayımları Şirkəti: Sənədli filmlər Sənədli filmlər ================================================================================ Fuzuli Majidli on 09 Sentyabr, 2011 1. “Qafqaz tarixi-erməni məkri” - Xr. 30.1917-ci ildə Rusiyada baş verən Bolşevik inqilabından sonra ermənilər rusların köməyindən istifadə edərək bütün Qafqaza yiyələnməyə çalışdılar. 1918-ci ilin sonlarında onlar Loru-Pəmbək (cənubi Borçalı) ərazisinə yiyələnmək üçün gürcülərlə müharibəyə başladılar. Bu toqquşmalarda əhalisi azərbaycanlılar olan Sadaxlı, Ləmbəli, Dəmyə Görarxı, Saral, Ağammədli, Kolgir, Qızıl Hacılı, Ləmbəli, Körpülü, Voronsovka (Taşır) daha çox əziyyət çəkdilər. 31 dekabr 1918 - ci ildə Borçalının bir hissəsi olan Loru nahiyəsi neytral zona elan edildi. Əslində bu əzəli türk torpağı olan Lorunun ermənilərə güzəştə gedilməsi demək idi. 1921-ci ilin İyulun 7-də Rusiya Komunist Bolşeviklər Partiyası Mərkəzi Komitəsinin iştirakı ilə Gürcüstan və Ermənistanın ərazi hüdudlarını müzakirə etdi. Qafqaz bürosu Stalinin göstərişi ilə Loru neytral zonasının Ermənistana verilməsi haqqında qərar qəbul etdi. 3810 km² ərazi Ermənistana birləşdirildi. Bu sənədli filmdə gürcü və azərbaycanlı alimlər bu faktların təhlilini verir və ermənilərin ərazi iddialarının təkcə Azərbaycana qarşı deyil həm də Gürcüstan və Türkiyəyə qarşı yönəldiyini izah edirlər.2.“1930-cu il Şəki üsyanı” - Xr. 30.1930-cu ildə Sov İKP MK tərəfindən qəbul edilən qərara görə 1932-ci ilin yayına kimi kütləvi kollektivləşmə həyata keçirilməli idi. Xalqın torpaqla bağlı ümidlərini boşa çıxaran bu siyasət Azərbaycanın bir çox bölgələrində üsyan həddinə çatmış etirazları əks etdirən müqavimət hərəkatı 1930-cu ilin aprel ayında Şəkidə baş verdi. Bu filmdə həmin hadisələrin səbəb və nəticələrindən söhbət açılır. 3.“Partizan Luçano” - Xr. 30.Bu sənədli film “Luçano” ləqəbli partizan, İtaliyanın Milli Qəhrəmanı, döyüşlərdə gösrətdiyi şücaətə görə “Vətənpərvərlik sertifikatı” alan “İtaliya Müqavimət Hərəkatı qəhrəmanı” Ukrayna və İtaliyanın fəxri vətəndaşı, Qrebenka şəhərinin ömürlük Xalq Deputatı olan həmyerlimiz Məhəmməd Ağaş oğlu Xəlilovun həyatı və ikinci dünya müharibəsi illərindəki partizanlıq fəaliyyətindən bəhs edir.Ssenari müəllifi: Mahir QəribovRejissor: Taleh İsmail