BAŞ SƏHİFƏ | FİLM MEDİA | Amerika kino sənayesinin mərkəzi olan «Hollivud» bu yay filmlərin icarəsindən rekord həcmdə gəlir götürüb

Amerika kino sənayesinin mərkəzi olan «Hollivud» bu yay filmlərin icarəsindən rekord həcmdə gəlir götürüb

Şrift ölçüsü: Decrease font Enlarge font

Ekspertlər artımın səbəbini 3-lü görüntülü filmlərin nümayişi ilə izah edirlər

Gəlirin məbləği 4 milyard 350 milyon dollar olub. Bu, ötən ilin yayında olan göstəricidən 100 milyon dollar çoxdur və Amerika kinemotoqrafiya tarixində ən yüksək göstərici sayılır. Ekspertlər artımın səbəbini 3-lü görüntülü filmlərin nümayişi və belə filmlərə baxmaq istəyənlərin sayının çox olması ilə izah edirlər. Buna kino biletlərinin qiymətinin artması da təsir göstərib. Amerikada belə kinoseansların orta qiyməti 7 dollar yarımdan 8 dollara qalxıb. 

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
© 2005-2012 - İctimai Televiziya və Radio Yayımları Şirkəti
E-mail: info@itv.az