BAŞ SƏHİFƏ | FİLM MEDİA | Qay Riççi Kral Artur haqqında film çəkəcək

Qay Riççi Kral Artur haqqında film çəkəcək

Şrift ölçüsü: Decrease font Enlarge font

“Warner Bros.” kinokompaniyası əfsanəvi kral Artura həsr olunmuş film istehsalına başlayıb

İtv.Az “Variety” nəşrinə istinadən xəbər verir ki, layihənin rejissoru Qay Riççi filmi öz ssenarisi əsasında çəkmək arzusundadır.
Ssenarinin əsasını Tomas Melorinin XV əsrin sonunda yazdığı “Arturun ölümü” əsəri  təşkil edəcək. Burada söhbət  VI əsrdə baş verən hadisələrdən gedir.
Qeyd olunur ki, Melori kral Artur və “Dairəvi stolun cəngavərləri” haqqında bir çox əfsanələri, romanları bir yerə  toplayıb yenidən işləmiş və indiki zamanın əhval-ruhiyyəsini əks etdirməklə roman- kompilyasiyasını yaradıb.
Xatırladaq ki, “Warner Bros.” studiyası əvvəlcədən “Yadplanetli Lobo başlarının axtarışında” olan komiksin ekranlaşdırmasını rejissor  Riççə tapşırmaq fikrində idi. Amma dünya kinoprokatında kassa gəliri 500 mln. dollar olan “Şerlok Holms” filminin uğurundan sonra, rejissor filmin sikveli ilə məşğul olmağa başladı. 
Riççinin Kral Artur haqqında filmin çəkilişinə nə zaman başlayacağı hələlik məlum deyil.

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
© 2005-2012 - İctimai Televiziya və Radio Yayımları Şirkəti
E-mail: info@itv.az