İctimai Televiziya və Radio Yayımları Şirkəti: Qay Riççi Kral Artur haqqında film çəkəcək Qay Riççi Kral Artur haqqında film çəkəcək ================================================================================ Natiq Aliyev on 11 Mart, 2010 İtv.Az “Variety” nəşrinə istinadən xəbər verir ki, layihənin rejissoru Qay Riççi filmi öz ssenarisi əsasında çəkmək arzusundadır.Ssenarinin əsasını Tomas Melorinin XV əsrin sonunda yazdığı “Arturun ölümü” əsəri təşkil edəcək. Burada söhbət VI əsrdə baş verən hadisələrdən gedir.Qeyd olunur ki, Melori kral Artur və “Dairəvi stolun cəngavərləri” haqqında bir çox əfsanələri, romanları bir yerə toplayıb yenidən işləmiş və indiki zamanın əhval-ruhiyyəsini əks etdirməklə roman- kompilyasiyasını yaradıb.Xatırladaq ki, “Warner Bros.” studiyası əvvəlcədən “Yadplanetli Lobo başlarının axtarışında” olan komiksin ekranlaşdırmasını rejissor Riççə tapşırmaq fikrində idi. Amma dünya kinoprokatında kassa gəliri 500 mln. dollar olan “Şerlok Holms” filminin uğurundan sonra, rejissor filmin sikveli ilə məşğul olmağa başladı. Riççinin Kral Artur haqqında filmin çəkilişinə nə zaman başlayacağı hələlik məlum deyil.