BAŞ SƏHİFƏ | FİLM MEDİA | "Titanik" yenidən çəkilir

"Titanik" yenidən çəkilir

Şrift ölçüsü: Decrease font Enlarge font

Ceyms Kemeron “Titanik” premyerasının stereoversiyasını elan edib

“Titanik”in stereoskop versiyasının 2012-ci ilin yay ayında satışa çıxarılacağı gözlənilir. Həmin vaxt bütün dünya məşhur “Titanik” dəniz  faciəsinin yüzilliyini qeyd edəcək. Bu haqda məlumatı rejissor Ceyms Kemeron “USA Today” nəşrində dərc olunmuş  müsahibəsində açıqlayıb.
Onun sözlərinə görə filmin orijinal konversiyasına azı iki il sərf olunacaq. Filmin test işləri artıq sona çatıb və alınmış nəticələr  “FOX”  kinostudiyasının rəhbərliyinin ürəyincə olub.
Rejissor  2010-cu ilin payızınadək “Avatar”  filminin də tam versiyasının satışa çıxarılmasını  planlaşdırır.  
Rejissor  “Titanik”in yeni versiyasına köhnə variantına  müəyyən səbəblərə görə salınmayan  epizodları da əlavə edəcəyini bildirib.

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
© 2005-2012 - İctimai Televiziya və Radio Yayımları Şirkəti
E-mail: info@itv.az