İctimai Televiziya və Radio Yayımları Şirkəti: "Titanik" yenidən çəkilir "Titanik" yenidən çəkilir ================================================================================ Füzuli Məcidli on 12 Mart, 2010 “Titanik”in stereoskop versiyasının 2012-ci ilin yay ayında satışa çıxarılacağı gözlənilir. Həmin vaxt bütün dünya məşhur “Titanik” dəniz faciəsinin yüzilliyini qeyd edəcək. Bu haqda məlumatı rejissor Ceyms Kemeron “USA Today” nəşrində dərc olunmuş müsahibəsində açıqlayıb.Onun sözlərinə görə filmin orijinal konversiyasına azı iki il sərf olunacaq. Filmin test işləri artıq sona çatıb və alınmış nəticələr “FOX” kinostudiyasının rəhbərliyinin ürəyincə olub.Rejissor 2010-cu ilin payızınadək “Avatar” filminin də tam versiyasının satışa çıxarılmasını planlaşdırır. Rejissor “Titanik”in yeni versiyasına köhnə variantına müəyyən səbəblərə görə salınmayan epizodları da əlavə edəcəyini bildirib.