“İctimai televiziyada çox gözəl infrastruktur yaradılıb. Bunu yüksək qiymətləndirirəm”
Avropa Yayım Birliyinin prezidenti Jan Pol Filipo belə deyib
Bu gün Bakıda Avropa Yayım Birliyi Baş Assambleyasının 64-cü yay sessiyası başlayır.
Avropa Yayım Birliyi Baş Assambleyasının 64-cü yay sessiyası çərçivəsində Bakıya gələn qurumun prezidenti Jan Pol Filipo İctimai Televiziya və Radio Yayımları Şirkətində olub. Baş direktor İsmayıl Ömərov şirkətin fəaliyyəti və strukturu barədə qonağa məlumat verib. Bildirilib ki, ictimai televiziya dünyanın tanınmış bir neçə kanalı ilə əməkdaşlıq edir və bu əlaqələrin genişləndirilməsi istiqamətində işləri davam etdirir. Televiziyanın iş rejimi ilə tanış olan Avropa Yayımları Birliyinin baş direktoru ayrı-ayrı departamentlərdə olub. Qonağa televiziyanın müasir avadanlıqları, yeni studiyalar haqqında da məlumat verilib.
Televiziyada yaradılan mövcud şəraitdən razılığını ifadə edən Avropa Yayım Birliyinin prezidenti buradakı infransturkturun onda xoş təssürat yaratdığını bildirib. O, rəhbərlik etdiyi qurumun növbəti sessiyasının Azərbaycanda keçirilməsini də müsbət qiymətləndirib.
-EBU-NUN BAŞ DİREKTORU JAN POL FİLİPO:
“İctimai televiziyada çox gözəl infrastruktur yaradılıb. Bunun yüksək qiymətləndirirəm. Təchizat, eləcə də peşəkar kadrların çalışması məni heyrətləndirdi. Düşünürəm ki, biz böyük qurum olsaq da İctimai televiziyadan bəzi şeylər öyrənməliyik. Qarşılıqlı əməkdaşlıq vacibdir. Bakıya yeni gəlmişəm. Şəhəri tam gəzə bilməsəm də, avtomobildə gələndə görüdklərim-yaraşıqlı binalar, şəhərin gözəlliyi məni valeh etdi. Onu da deyim ki, Avropa Yayımlar Birliyi Baş Assambleyasının 64-cü yay sessiyasının Azərbaycanda keçirilməsi əlamətdar hadisədir. Dünyanın məşhur telekanallarının rəhbərləri və nümayəndələrinin Bakıya toplaşması Azərbaycana olan diqqəti daha da artıracaq.
Xəbər lenti
-
10 Fevral, 2012
İstanbulda partlayış baş verib -
10 Fevral, 2012
Mərkəzi Bankın İdarə Heyətinin üzvləri növbəti müddətə təsdiqlənib -
10 Fevral, 2012
Eurovision 2012-də iştirak edən ölkələrin Milli Finalının təqvimi -
10 Fevral, 2012
Türkiyə və Maltanın "Eurovision-2012" təmsilçiləri Bakıya gəlir -
10 Fevral, 2012
"Odlar Yurdu"nun qışı eurovision.tv saytında -
10 Fevral, 2012
Rusiyanın Dövlət Akademik Rəqs Ansamblının yaranmasından 75 il ötür -
10 Fevral, 2012
Qarlı və şaxtalı hava Avropa sakinlərini sınağa çəkməkdə davam edir -
10 Fevral, 2012
Arnold Şvartsneqer və Silvester Stalone eyni xəstəxanaya düşüb
1
xəbər sayı
1 - 8
və
3751






