İctimai Televiziya və Radio Yayımları Şirkəti: “İctimai televiziyada çox gözəl infrastruktur yaradılıb. Bunu yüksək qiymətləndirirəm” “İctimai televiziyada çox gözəl infrastruktur yaradılıb. Bunu yüksək qiymətləndirirəm” ================================================================================ Natiq Aliyev on 01 İyul, 2010 Bu gün Bakıda Avropa Yayım Birliyi Baş Assambleyasının 64-cü yay sessiyası başlayır.Avropa Yayım Birliyi Baş Assambleyasının 64-cü yay sessiyası çərçivəsində Bakıya gələn qurumun prezidenti Jan Pol Filipo İctimai Televiziya və Radio Yayımları Şirkətində olub. Baş direktor İsmayıl Ömərov şirkətin fəaliyyəti və strukturu barədə qonağa məlumat verib. Bildirilib ki, ictimai televiziya dünyanın tanınmış bir neçə kanalı ilə əməkdaşlıq edir və bu əlaqələrin genişləndirilməsi istiqamətində işləri davam etdirir. Televiziyanın iş rejimi ilə tanış olan Avropa Yayımları Birliyinin baş direktoru ayrı-ayrı departamentlərdə olub. Qonağa televiziyanın müasir avadanlıqları, yeni studiyalar haqqında da məlumat verilib.Televiziyada yaradılan mövcud şəraitdən razılığını ifadə edən Avropa Yayım Birliyinin prezidenti buradakı infransturkturun onda xoş təssürat yaratdığını bildirib. O, rəhbərlik etdiyi qurumun növbəti sessiyasının Azərbaycanda keçirilməsini də müsbət qiymətləndirib.-EBU-NUN BAŞ DİREKTORU JAN POL FİLİPO:“İctimai televiziyada çox gözəl infrastruktur yaradılıb. Bunun yüksək qiymətləndirirəm. Təchizat, eləcə də peşəkar kadrların çalışması məni heyrətləndirdi. Düşünürəm ki, biz böyük qurum olsaq da İctimai televiziyadan bəzi şeylər öyrənməliyik. Qarşılıqlı əməkdaşlıq vacibdir. Bakıya yeni gəlmişəm. Şəhəri tam gəzə bilməsəm də, avtomobildə gələndə görüdklərim-yaraşıqlı binalar, şəhərin gözəlliyi məni valeh etdi. Onu da deyim ki, Avropa Yayımlar Birliyi Baş Assambleyasının 64-cü yay sessiyasının Azərbaycanda keçirilməsi əlamətdar hadisədir. Dünyanın məşhur telekanallarının rəhbərləri və nümayəndələrinin Bakıya toplaşması Azərbaycana olan diqqəti daha da artıracaq.