Rəsmi xronika
Prezident İlham Əliyevin sərəncamları
Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, İctimai asayişin, əhalinin dinc və təhlükəsiz yaşayışının qorunmasında, qanunun aliliyinin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə xidməti vəzifələrin və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan polisi günü münasibətilə nazirliyin 23 əməkdaşı “Vətən uğrunda” və “İgidliyə görə” medalı ilə təltif olunublar. Dövlət başçısının digər sərəncamı ilə Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis polkovniki Ərziman Mikayıl oğlu Əliyevə, Baş Kadrlar İdarəsinin rəisi, polis polkovniki İsmət Rəşid oğlu Əliyevə, eləcə də Bakı şəhər Baş Polis İdarəsi rəisinin müavini, polis polkovniki Həsən Kamil oğlu Şirinova polis general-mayoru ali xüsusi rütbəsi verilib.
**
Prezident İlham Əliyev Sona Sadıx qızı Salmanovanın Konstitusiya Məhkəməsinin sədr müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
Xəbər lenti
-
10 Fevral, 2012
İstanbulda partlayış baş verib -
10 Fevral, 2012
Mərkəzi Bankın İdarə Heyətinin üzvləri növbəti müddətə təsdiqlənib -
10 Fevral, 2012
Eurovision 2012-də iştirak edən ölkələrin Milli Finalının təqvimi -
10 Fevral, 2012
Türkiyə və Maltanın "Eurovision-2012" təmsilçiləri Bakıya gəlir -
10 Fevral, 2012
"Odlar Yurdu"nun qışı eurovision.tv saytında -
10 Fevral, 2012
Rusiyanın Dövlət Akademik Rəqs Ansamblının yaranmasından 75 il ötür -
10 Fevral, 2012
Qarlı və şaxtalı hava Avropa sakinlərini sınağa çəkməkdə davam edir -
10 Fevral, 2012
Arnold Şvartsneqer və Silvester Stalone eyni xəstəxanaya düşüb
1
xəbər sayı
1 - 8
və
3751






