İctimai Televiziya və Radio Yayımları Şirkəti: Rəsmi xronika Rəsmi xronika ================================================================================ Natiq Aliyev on 02 İyul, 2010 Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, İctimai asayişin, əhalinin dinc və təhlükəsiz yaşayışının qorunmasında, qanunun aliliyinin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə xidməti vəzifələrin və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan polisi günü münasibətilə nazirliyin 23 əməkdaşı “Vətən uğrunda” və “İgidliyə görə” medalı ilə təltif olunublar. Dövlət başçısının digər sərəncamı ilə Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis polkovniki Ərziman Mikayıl oğlu Əliyevə, Baş Kadrlar İdarəsinin rəisi, polis polkovniki İsmət Rəşid oğlu Əliyevə, eləcə də Bakı şəhər Baş Polis İdarəsi rəisinin müavini, polis polkovniki Həsən Kamil oğlu Şirinova polis general-mayoru ali xüsusi rütbəsi verilib.** Prezident İlham Əliyev Sona Sadıx qızı Salmanovanın Konstitusiya Məhkəməsinin sədr müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.