İctimai Televiziya və Radio Yayımları Şirkəti: Prezident İlham Əliyev 2010-cu ilin dövlət büdcəsinə dəyişiklikləri təsdiq edib Prezident İlham Əliyev 2010-cu ilin dövlət büdcəsinə dəyişiklikləri təsdiq edib ================================================================================ Natiq Aliyev on 03 İyul, 2010 Bu artımdan sonra 2010-cu il dövlət büdcəsinin ümumi gəlirləri 11 milyon 505 min. manat, xərcləri isə 12 milyard 275 mln 300 min manat təşkil edib. Büdcənin xərclərinin bölünmə mənzərəsi isə belədir: Kür və Araz çaylarının yaratdığı sel fəlakətinin fəsadlarının aradan qaldırılması və gələcəkdə analoji halların baş verməməsi üçün tədbirlərin maliyyələşdirilməsinə 300 mln. manat ayrılıb. Müdafiə xərclərinə 400 mln. manat əlavə edilib; Naxçıvanda bir sıra infrastruktur layihələrinin həyata keçirilməsi üçün əlavə 17 mln. manat nəzərdə tutulub. yol layihələrinin başa çatdırılması, Bakıda tarixi əhəmiyyətli binaların bərpası, rayonlarda su və kanalizasiya sistemlərinin yaxşılaşdırılmasına 129 mln. manat, elmə 3 mln. manat, səhiyyəyə 10 mln. manat ayrılıb.