İctimai Televiziya və Radio Yayımları Şirkəti: Cəbhə xəttində atəşkəs rejimi növbəti dəfə pozulub Cəbhə xəttində atəşkəs rejimi növbəti dəfə pozulub ================================================================================ Natiq Aliyev on 03 İyul, 2010 Ermənistan Silahlı Qüvvələrinin bölmələri Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdən, Ağdam rayonunun Sarıcalı və Yusifcanlı ,Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qorqan və Aşağı Veysəlli, Tərtər rayonunun Ciləbürt kəndləri yaxınlığından həmçinin Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdən və Tapqaraqoyunlu kəndi yaxınlığından Azərbayjan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini müxtəlif saatlarda fasilələrlə atəşə tutub.