«Dağlıq Qarabağ münaqişəsinin həllinin vaxtı çatıb»
ABŞ dövlət katibi Hillari Klinton keçirdiyi mətbuat konfransında belə deyib
Dövlət katibi qeyd edib ki, rəsmi Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında sülh yolu ilə həllinə sadiqdir.
«ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Biz hesab edirik ki, problem güc tətbiq edilməməsi, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi prinsipləri əsasında həll olunmalıdır». Bu sözləri ABŞ dövlət katibi Hillari Klinton Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirdiyi mətbuat konfransında dedi. Problemin həllini tapacağına ümid etdiyini qeyd edən dövlət katibi son addımların, adətən prosesin ən çətin mərhələsi olduğunu söylədi.
Ancaq biz hesab edirik ki, bu addım hər iki tərəf üçün faydalı olardı. Hər iki xalq sülh və təhlükəsizlik şəraitində yaşamalıdır. Dağlıq Qarabağ münaqişəsinin həlli regionun çiçəklənməsinə və sabitliyə xidmət edəcək.
Hillari Klinton münaqişənin həlli prosesində tərəqqi olduğunu diqqətə çatdıraraq, əlavə etdi ki, artıq problemin həllinin vaxtı çatıb.
Prezidentlərin Sankt-Peterburqda keçirilmiş son görüşünü yüksək qiymətləndiririk. Hesab edirik ki, münaqişənin həlinin vaxtı çatıb. Öz növbəsində, ABŞ bu prosesə hər cür dəstək verməyə hazırdır. Biz problem üzərində işi davam etdiririk. Lakin insanlardan, onların qərar qəbul etmək istəyi və bacarığından çox şey asılıdır. Münaqişənin həlli istiqamətində ötən il çox böyük aktivlik qeydə alınmışdı. Lakin prosesdə ciddi sıçrayış olmadı. Biz isə bu sıçrayışı görmək istərdik.
Dövlət katibi güc tətbiqinin əleyhinə olduğunu, qoşunların təmas xəttində itki ilə nəticələnmiş atışmanın baş verməsindən təəssüfləndiyini dedi. Cəbhə xəttində baş vermiş son silahlı insident zamanı həlak olmuş Azərbaycan hərbçisinin meyitinin ermənilər tərəfindən verilməməsi ilə bağlı suala cavabında Klinton bu məsələni Ermənistan rəsmilərinin diqqətinə çatdıracağını bildirdi. O , ABŞ-ın münaqişədən zərər çəkənlərə humanitar yardımları davam etdirəcəyini də vurğuladı. Xarici işlər naziri Elmar Məmmədyarov isə bildirdi ki, ABŞ Minsk qrupunun həmsədri kimi, regionda sülhün tərəfdarıdır və münaqişənin tezliklə həllini tapması üçün səy göstərir. Nazirin sözlərinə görə, amerikalı həmkarı ilə görüşündə enerji təhlükəsizliyi, regional münasibətlər, bütün Cənubi Qafqazın inkişafı və digər məsələləri də müzakirə ediblər. “907-ci düzəiliş”in ləğvinin mümkünlüyü barədə sualın cavabında H. Klinton Obama Administrasiyasının da əvvəlki hökumətlər kimi bunu istədiyini, lakin son qərarı Konqresin verdiyini diqqətə çatdırdı. İkitərəfli münasibətlərə də toxunan dövlət katibi dedi ki, ölkələrimiz arasında əlaqəldər ticarət, təhsil və digər sahələrini əhatə edir, Azərbaycan və ABŞ hərbçiləri Kosovo, İraq və Əfqanıstanda çiyin-çiyinə xidmət aparırlar: münasibətləri daha da dərinləşdirməyi düşündüyünü bildirən Hilari Klinton Azərbaycanı böyük potensiala malik ölkə kimi gördüyünü vurğuladı. O , Azərbaycanın enerji və iqtisadi sahədə islahatlara nail olduğunu, ölkədə biznes mühitinin yaxşılaşdırıldığını da bildirdi. Dövlət katibi qarşıdan gələn parlament seçkilərində ölkəsinin Azərbaycana dəstək verəcəyini və əməkdaşlıq edəcəyini də dedi. ABŞ-ın dövlət katibi Azərbaycana səfəri çərçivəsində Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının məzarları üstünə tər çiçəklər düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub. Elə həmin gün Klinton İrəvana yola düşüb. Dövlət katibi iyulun 5-də Tiflisdə səfərdə olacaq.
Xəbər lenti
-
10 Fevral, 2012
Mərkəzi Bankın İdarə Heyətinin üzvləri növbəti müddətə təsdiqlənib -
10 Fevral, 2012
Eurovision 2012-də iştirak edən ölkələrin Milli Finalının təqvimi -
10 Fevral, 2012
Türkiyə və Maltanın "Eurovision-2012" təmsilçiləri Bakıya gəlir -
10 Fevral, 2012
"Odlar Yurdu"nun qışı eurovision.tv saytında -
10 Fevral, 2012
Rusiyanın Dövlət Akademik Rəqs Ansamblının yaranmasından 75 il ötür -
10 Fevral, 2012
Qarlı və şaxtalı hava Avropa sakinlərini sınağa çəkməkdə davam edir -
10 Fevral, 2012
Arnold Şvartsneqer və Silvester Stalone eyni xəstəxanaya düşüb -
10 Fevral, 2012
Əfqanıstanda aviazərbələr nəticəsində 8 uşaq ölüb
1
xəbər sayı
1 - 8
və
3750






