BAŞ SƏHİFƏ | Gündəm | Rəsmi xronika

Rəsmi xronika

Şrift ölçüsü: Decrease font Enlarge font

President İlham Əliyevin sərəncamları

Azərbaycan Respublikası prezidenti İlham Əliyev «Ən yaxşı ümumtəhsil məktəbi» müsabiqəsinin qaliblərinin mükafatlandırılması barədə sərəncam imzalayıb. Sərəncama görə, 2009/2010-cu tədris ilində keçirilmiş «Ən yaxşı ümumtəhsil məktəbi» müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə, ümumilikdə ölkə üzrə fəaliyyət göstərən 50 ümumtəhsil məktəbi on min manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılır:
**
Dövlət başçısı həmçinin «Ən yaxşı müəllim» müsabiqəsinin qaliblərinin mükafatlandırılması barədə də sərəncam imzalayıb. Sərəncama görə, 2009/2010-cu tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə 100 müəllim beş min manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılır:
**
Prezident İlham Əliyev İranın Mədəniyyət və İslam maarifləndirilməsi naziri Seyid Məhəmməd Hüseyninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanla İran arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığın uğurla davam etdiyi vurğulanıb. Mənbəyi məhz xalqlar arasındakı dostluq və qardaşlıq əlaqələrindən qaynaqlanan bu uğurlu münasibətlərdə mədəniyyətlə bağlı məsələlər xüsusi rol oynayır. Söhbət zamanı mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsinin hər iki ölkə üçün vacib olduğu qeyd edilib. 
**
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradke, Bernar Fasye, İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki də qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
© 2005-2012 - İctimai Televiziya və Radio Yayımları Şirkəti
E-mail: info@itv.az