İctimai Televiziya və Radio Yayımları Şirkəti: Rəsmi xronika Rəsmi xronika ================================================================================ Natiq Aliyev on 07 İyul, 2010 Prezident İlham Əliyev Əli Əlizadəyə birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilərək onun İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi barədə sərəncam imzalayıb. **Prezident İlham Əliyev İraqın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrakın etimadnaməsini qəbul edib. Sonra dövlət başçısı səfirlə söhbət edib. Söhbət zamanı Azərbaycanla İraq arasında ikitərəfli münasibətlər və onların perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.