Arxiv
first first Sentyabr, 2010 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
Baş səhifə | GÜNDƏM | Prezident İlham Əliyev Qəbələyə səfər edib

Prezident İlham Əliyev Qəbələyə səfər edib

Şrift ölçüsü: Decrease font Enlarge font

Dövlət başçısı ulu öndər Heydər Əliyevin adını daşıyan parkda onun abidəsini ziyarət edib, burda aparılan abadlıq və yenidənqurma işləri ilə maraqlanıb

Sonra dövlət başçısı Qəbələdəki “Gilan” konserv zavodunda yaradılan yeni istehsal sahələri ilə tanış olub. Prezidentə məlumat verilib ki, 12 hektar ərazidə yerləşən zavodun istehsal gücünə və texnoloji avadanlığına görə Qafqazda analoqu yoxdur.Zavodda “Tetra Pak” xətti istismara verilib, xaricdən gətirilən avadanlıq quraşdırılıb. Müəssisənin iş prinsipi xammal qəbulundan başlayaraq hazır məhsulun qablaşdırılmasına qədər bütün prosesləri əhatə edir. Dövlət başçısı müəssisədə istehsal olunan məhsulların nümunələrinə baxıb. Bildirilib ki, zavod ildə 700 min ton meyvə emal etmək, 210 min ton meyvə şirəsi hazırlamaq gücünə malikdir. İstehsal prosesini izləyən Prezident İlham Əliyev meyvə qəbulu bölməsi və şüşə qablara məhsul dolduran xəttə də baxıb. Sonra dövlət başçısı  zavodda aparılan yenidənqurma və genişləndirmə işlərini əks etdirən maketlə tanış olub. Prezident İlham Əliyev Qəbələdə Qafqaz River Sayd otelinin açılışında da iştirak edib.

© 2010 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən İctimai TV-yə istinad zəruridir.
© 2005-2010 - İctimai Televiziya və Radio Yayımları Şirkəti
E-mail: info@itv.az