İctimai Televiziya və Radio Yayımları Şirkəti: Prezident İlham Əliyev Qəbələyə səfər edib Prezident İlham Əliyev Qəbələyə səfər edib ================================================================================ Natiq Aliyev on 30 İyul, 2010 Sonra dövlət başçısı Qəbələdəki “Gilan” konserv zavodunda yaradılan yeni istehsal sahələri ilə tanış olub. Prezidentə məlumat verilib ki, 12 hektar ərazidə yerləşən zavodun istehsal gücünə və texnoloji avadanlığına görə Qafqazda analoqu yoxdur.Zavodda “Tetra Pak” xətti istismara verilib, xaricdən gətirilən avadanlıq quraşdırılıb. Müəssisənin iş prinsipi xammal qəbulundan başlayaraq hazır məhsulun qablaşdırılmasına qədər bütün prosesləri əhatə edir. Dövlət başçısı müəssisədə istehsal olunan məhsulların nümunələrinə baxıb. Bildirilib ki, zavod ildə 700 min ton meyvə emal etmək, 210 min ton meyvə şirəsi hazırlamaq gücünə malikdir. İstehsal prosesini izləyən Prezident İlham Əliyev meyvə qəbulu bölməsi və şüşə qablara məhsul dolduran xəttə də baxıb. Sonra dövlət başçısı zavodda aparılan yenidənqurma və genişləndirmə işlərini əks etdirən maketlə tanış olub. Prezident İlham Əliyev Qəbələdə Qafqaz River Sayd otelinin açılışında da iştirak edib.