BMT-nin Adi Silahlar Registri Belarusun 2009-cu ildə silah satışına dair hesabatını açıqlayıb
Belarus 2009-cu ildə Azərbaycana 5 ədəd “Su-25” təyyarəsi və 9 ədəd “Pion” özüyeriyən artilleriya qurğusu satıb
Ötən il Belarus Azərbaycan, Uqanda və Sudana silah ixrac edib.
Hesabatda bildirilir ki, Belarus 2009-cu ildə Azərbaycana 9 ədəd 203 mm-lik 2C7 “Pion” özüyeriyən artilleriya qurğusu, 5 ədəd Rusiya istehsalı olan “Su-25 Frogfoot” hücum təyyarəsi, Uqandaya 23 ədəd T-55 tankı, Sudana isə 3 ədəd “Su-25” döyüş təyyarəsi satıb. Hesabat ilində Belarus xaricdən silah idxal etməyib.
Qeyd edək ki, Belarusun BMT-yə təqdim etdiyi hesabatda deyilir ki, Azərbaycana 2008-ci ildə 3 ədəd 2C7 “Pion” özüyeriyən artilleriya qurğusu, 2006-cı ildə 41 ədəd T-72 tankı, 2005-ci ildə 19 ədəd T-72 tankı, Ermənistana 2007-ci ildə 10 ədəd 122 mm-lik D-30 haubitsası satıb.
Xəbər lenti
-
10 Fevral, 2012
İstanbulda partlayış baş verib -
10 Fevral, 2012
Mərkəzi Bankın İdarə Heyətinin üzvləri növbəti müddətə təsdiqlənib -
10 Fevral, 2012
Eurovision 2012-də iştirak edən ölkələrin Milli Finalının təqvimi -
10 Fevral, 2012
Türkiyə və Maltanın "Eurovision-2012" təmsilçiləri Bakıya gəlir -
10 Fevral, 2012
"Odlar Yurdu"nun qışı eurovision.tv saytında -
10 Fevral, 2012
Rusiyanın Dövlət Akademik Rəqs Ansamblının yaranmasından 75 il ötür -
10 Fevral, 2012
Qarlı və şaxtalı hava Avropa sakinlərini sınağa çəkməkdə davam edir -
10 Fevral, 2012
Arnold Şvartsneqer və Silvester Stalone eyni xəstəxanaya düşüb
1
xəbər sayı
1 - 8
və
3751






