Rusiya prezidenti Dmitri Medvedyev Azərbaycanda rəsmi səfərdədir
Onun səfəri Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarətlə başlayıb
Rusiya Federasiyasının prezidenti Dmitri Medvedev sentyabrın 2-də Fəxri xiyabana gəlib.
Rusiya dövlətinin başçısı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
D. Medvedev görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarı üstünə tər güllər düzüb.
**
Prezident Dmitri Medvedev şəhidlərin xatirəsini ehtiramla yad edib.
Rusiya Federasiyasının prezidenti Dmitri Medvedev sentyabrın 2-də Şəhidlər xiyabanını ziyarət etdib.
Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Rusiya prezidenti Dmitri Medvedev və nümayəndə heyətinin üzvləri ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Azərbaycan övladlarının məzarlarını ziyarət etdilər.
Rusiyanın dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Rusiyanın və Azərbaycanın dövlət himnləri səsləndi.
AIi qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.
Prezident Dmitri Medvedev Azərbaycan paytaxtının mənzərəsini maraqla seyr etdi.
**
Rusiya prezidentinin şərəfinə ziyafət verilib.
Sentyabrın 2-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Rusiya Federasiyasının prezidenti Dmitri Medvedevin və xanımı Svetlana Medvedevanın şərəfinə rəsmi ziyafət təşkil edilib.
Dövlət başçıları ziyafətdə nitq söyləyiblər.
Azərbaycan prezidenti İlham Əliyev Rusiya dövlətinin başçısını ölkəmizdə salamladı. Rusiya və Azərbaycan prezidentlərinin qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərin inkişafına təkan verdiyini bildirən İlham Əliyev dedi ki, hər səfər münasibətlərimizdə yeni səhifə açır. Ölkələrimiz qədim tarixə, xalqlarımız ortaq dəyərlərə malikdir. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan ilə Rusiya siyasi, iqtisadi və digər sahələrdə səmərəli əməkdaşlıq qurub və bu səfər çərçivəsində imzalanacaq sənədlər münasibətlərimizin gələcək inkişafında mühüm rol oynayacaq. 2009-cu ildə dünya iqtisadi böhranının ağır nəticələrinə baxmayaraq, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artdığını və mühüm nəticələrin əldə olunduğunu deyən prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın rolundan danışdı. Dövlətimizin başçısı ölkələrimizin humanitar sahədə səmərəli əməkdaşlıq qurduğunu, bütün bunların isə münasibətlərimizdə vacib amillər olduğunu dedi.
Rusiya prezidenti Dmitri Medvedev Azərbaycanı Rusiyanın strateji tərəfdaşı adlandırdı və bildirdi ki, səfər zamanı imzalanacaq sənədlər dostluq münasibətlərini daha da möhkəmləndirəcək, eyni zamanda, ikitərəfli normativ hüquqi bazanın güclənməsinə xidmət edəcək. Ölkələrimizin iqtisadi sahədə güclü əməkdaşlıq qurduğunu deyən Dmitri Medvedev müasir dünyada təhlükəsizlik məsələsinin mühüm amil olduğunu vurğuladı və bildirdi ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rolunu davam etdirəcək. Dmitri Medvedev ölkəmizdə rus dilinə və mədəniyyətinə göstərilən diqqətdən məmnun olduğunu, eyni münasibətin Rusiyada yaşayan böyük Azərbaycan diasporuna da göstərildiyini vurğuladı. Rusiya dövlətinin başçısı dəvətə və yüksək qonaqpərvərliyə görə Azərbaycan prezidentinə təşəkkürlərini çatdırdı.
Xəbər lenti
-
10 Fevral, 2012
İstanbulda partlayış baş verib -
10 Fevral, 2012
Mərkəzi Bankın İdarə Heyətinin üzvləri növbəti müddətə təsdiqlənib -
10 Fevral, 2012
Eurovision 2012-də iştirak edən ölkələrin Milli Finalının təqvimi -
10 Fevral, 2012
Türkiyə və Maltanın "Eurovision-2012" təmsilçiləri Bakıya gəlir -
10 Fevral, 2012
"Odlar Yurdu"nun qışı eurovision.tv saytında -
10 Fevral, 2012
Rusiyanın Dövlət Akademik Rəqs Ansamblının yaranmasından 75 il ötür -
10 Fevral, 2012
Qarlı və şaxtalı hava Avropa sakinlərini sınağa çəkməkdə davam edir -
10 Fevral, 2012
Arnold Şvartsneqer və Silvester Stalone eyni xəstəxanaya düşüb
1
xəbər sayı
1 - 8
və
3751






