İctimai Televiziya və Radio Yayımları Şirkəti: Rəsmi xronika Rəsmi xronika ================================================================================ Natiq Aliyev on 03 Sentyabr, 2010 Prezident İlham Əliyev Azərbaycanın Fransa və Özbəkistandakı səfirliklərinin tabeliyində mədəniyyət mərkəzlərinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycanın Fransa və Özbəkistandakı səfirliklərinin tabeliyində mədəniyyət mərkəzləri yaradılacaq. Nazirlər Kabinetinə iki ay müddətində “Azərbaycan Respublikasının xarici ölkədəki diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə”ni Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək, bu sərəncamın 1-ci bəndi ilə yaradılan mədəniyyət mərkəzlərinin fəaliyyətinin təmin edilməsi ilə bağlı lazımi tədbirlər görmək tapşırılıb.