Dağıstan və İnquşetiya Azərbaycanla əməkdaşlıqda maraqlıdır
Bunu hər iki respublikanın prezidenti Bakıda jurnalistlərə açıqlamasında bildirib
Rusiya dövlət başçısı Dmitriy Medvedyevi Azərbaycana rəsmi səfərdə müşaiyyət edən geniş nümayəndə heyətinin tərkibində Dağıstanın prezidenti Maqomedsalam Maqomedov və İnquşetiyanın prezidenti Yunisbəy Evkurov da var. Onlar səfər çərçivəsində «Təzə Pir» məscid kompleksi ilə tanışlığı ibadətlə başlayıb. Hər iki prezident məsciddə namaz qılıb.
Daha sonra qonaqlar kompleksdəki konfrans zalı və kitabxana ilə tanış olub. Qafqaz müsəlmanları idarəsinin sədri Hac Allahşükür Paşazadə prezidentlərə buradakı dini ədəbiyyatlar barədə məlumat verib. Prezidentlərin Şeyxülislamla görüşü isə jurnalistlərin iştirakı olmadan keçirilib. Görüşdən əvvəl açıqlama verən Dağıstan prezidenti Maqomedsalam Maqomedov Azərbaycanla ikitərəfli əməkdaşlığın mehriban qonnşuluq prinsiplərinə əsaslanaraq uğurla inkişaf etdiyini bildirib.
O deyib:”:Dağıstan Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır. Rusiya prezidentinin Azərbaycana səfəri əlaqələrimizin inkişafı baxımından vacib hadisədir. Bu gün iki ölkə arasında iqtisadi, elmi, mədəni və dini sahədə qarşılıqlı əlaqələr fəallaşıb. Xalqlarımızı uzun və çoxəsrlik əlaqələr bağlayır. Bizi birləşdirən əsas dəyər isə dindir. Şeyxülislamın xalqlarımız arasnda əlaqələrin inkişafına verdiyi töhvələri yüksək qiymətləndirirəm.”
Dağıstan prezidenti birgə iqtisadi layihələr barədə də məlumat verib. Əlavə edib ki, “Bizim bir çox birgə layihələrimiz mövcuddur. Hazırda onlar icra olunmaq ərəfəsindədir. Bakıya səfərimiz çərçivəsində İqtisadi İnkişaf nazirliyində görüşümüz oldu. Əsas prioritet sahələri müəyyənləşdirdik. Bunlar kənd təsərrüfatı, turizm və hidroenergetikadır.”
İnquşetiya prezidenti Yunisbəy Evkurovda Azərbaycan münasibətlərin inkişafına səy göstərdiklərini vurğulayıb:
“Azərbaycan bizim üçün vacib tərəfdaşdır. Əlbətdəki biz əlaqələrimiz daha da irəliyə aparılmasna çalışırıq. Prezident Dmitrii Medvedevin səfəri çərçivəsində Azərbaycanla rusiyanın ayrı-ayrı subyektləri arasnda o cümlədən də inquşetiyayla qarşılıqlı regional əməkdaşlq sazişi imzalanacaq. Bu bizim üçün əhəmiyyətli sənəddir.”
Xəbər lenti
-
10 Fevral, 2012
Mərkəzi Bankın İdarə Heyətinin üzvləri növbəti müddətə təsdiqlənib -
10 Fevral, 2012
Eurovision 2012-də iştirak edən ölkələrin Milli Finalının təqvimi -
10 Fevral, 2012
Türkiyə və Maltanın "Eurovision-2012" təmsilçiləri Bakıya gəlir -
10 Fevral, 2012
"Odlar Yurdu"nun qışı eurovision.tv saytında -
10 Fevral, 2012
Rusiyanın Dövlət Akademik Rəqs Ansamblının yaranmasından 75 il ötür -
10 Fevral, 2012
Qarlı və şaxtalı hava Avropa sakinlərini sınağa çəkməkdə davam edir -
10 Fevral, 2012
Arnold Şvartsneqer və Silvester Stalone eyni xəstəxanaya düşüb -
10 Fevral, 2012
Əfqanıstanda aviazərbələr nəticəsində 8 uşaq ölüb
1
xəbər sayı
1 - 8
və
3750






