İctimai Televiziya və Radio Yayımları Şirkəti: Dağıstan və İnquşetiya Azərbaycanla əməkdaşlıqda maraqlıdır Dağıstan və İnquşetiya Azərbaycanla əməkdaşlıqda maraqlıdır ================================================================================ Natiq Aliyev on 03 Sentyabr, 2010 Rusiya dövlət başçısı Dmitriy Medvedyevi Azərbaycana rəsmi səfərdə müşaiyyət edən geniş nümayəndə heyətinin tərkibində Dağıstanın prezidenti Maqomedsalam Maqomedov və İnquşetiyanın prezidenti Yunisbəy Evkurov da var. Onlar səfər çərçivəsində «Təzə Pir» məscid kompleksi ilə tanışlığı ibadətlə başlayıb. Hər iki prezident məsciddə namaz qılıb.Daha sonra qonaqlar kompleksdəki konfrans zalı və kitabxana ilə tanış olub. Qafqaz müsəlmanları idarəsinin sədri Hac Allahşükür Paşazadə prezidentlərə buradakı dini ədəbiyyatlar barədə məlumat verib. Prezidentlərin Şeyxülislamla görüşü isə jurnalistlərin iştirakı olmadan keçirilib. Görüşdən əvvəl açıqlama verən Dağıstan prezidenti Maqomedsalam Maqomedov Azərbaycanla ikitərəfli əməkdaşlığın mehriban qonnşuluq prinsiplərinə əsaslanaraq uğurla inkişaf etdiyini bildirib. O deyib:”:Dağıstan Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır. Rusiya prezidentinin Azərbaycana səfəri əlaqələrimizin inkişafı baxımından vacib hadisədir. Bu gün iki ölkə arasında iqtisadi, elmi, mədəni və dini sahədə qarşılıqlı əlaqələr fəallaşıb. Xalqlarımızı uzun və çoxəsrlik əlaqələr bağlayır. Bizi birləşdirən əsas dəyər isə dindir. Şeyxülislamın xalqlarımız arasnda əlaqələrin inkişafına verdiyi töhvələri yüksək qiymətləndirirəm.”Dağıstan prezidenti birgə iqtisadi layihələr barədə də məlumat verib. Əlavə edib ki, “Bizim bir çox birgə layihələrimiz mövcuddur. Hazırda onlar icra olunmaq ərəfəsindədir. Bakıya səfərimiz çərçivəsində İqtisadi İnkişaf nazirliyində görüşümüz oldu. Əsas prioritet sahələri müəyyənləşdirdik. Bunlar kənd təsərrüfatı, turizm və hidroenergetikadır.” İnquşetiya prezidenti Yunisbəy Evkurovda Azərbaycan münasibətlərin inkişafına səy göstərdiklərini vurğulayıb: “Azərbaycan bizim üçün vacib tərəfdaşdır. Əlbətdəki biz əlaqələrimiz daha da irəliyə aparılmasna çalışırıq. Prezident Dmitrii Medvedevin səfəri çərçivəsində Azərbaycanla rusiyanın ayrı-ayrı subyektləri arasnda o cümlədən də inquşetiyayla qarşılıqlı regional əməkdaşlq sazişi imzalanacaq. Bu bizim üçün əhəmiyyətli sənəddir.”