Seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam etdirilir
Kursların sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq
Mərkəzi Seçki Komissiyası Azərbaycan Prezidentinin ölkədə insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında sərəncamının icrası ilə bağlı regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kursları davam etdirir.
29 saylı Səbail Seçki Dairəsində keçirilən kurslarda DSK sədri Cahangir Məmmədov bildirib ki, belə seminar-müşavirələrin keçirilməsi komissiya üzvlərinin maarifləndirilməsi məqsədi daşımaqla yanaşı, həm də onların siyasi biliklərini artırır, xarici müşahidəçilərlə qanunda nəzərdə tutulan qaydada rəftar etməkdə yardım göstərir.
Dairə sədri deyib:” Bizim dairədə 30 məntəqə var, onların bütün üzvləri kurslarda iştirak edir. MSK-nın təqvim planına əsasən, komissiya üzvlərinə seçki proseduru barədə ətraflı məlumat verilir, sonra seminarlar keçirilir.”
Bildirilib ki, MSK tərəfindən göndərilən yeni Seçki Məcəlləsi, təlimatlar, izah və qaydalar, namizədliyin irəli sürülməsi və qeydə alınması üçün tələb olunan sənədlər artıq aşağı seçki komissiyalarına paylanılıb.
12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsində əsas müzakirə mövzularından biri seçkiqabağı təşviqatın həyata keçirilməsi oldu. Dairənin sədri Qəşəm Əhmədzadə bütün namizədlərə təşviqat üçün bərabər şərait yaradılacağını deyir:
“ Bütün namizədlər üçün artıq təşviqat üçün yerlər müəyyən edilib. Siyasi mənsubiyytəindən asılı olmayaraq, hamıya bərabər şərait yaradılmalıdır. Bu normaya da komissiyalar ciddi əməl etməlidir.”
Kurslarda iştirak edən hüquq-mühafizə orqanlarının nümayəndələri seçkilərədək 18 yaşı tamam olmuş vətəndaşların şəxsiyyət vəsiqələrilə təmin ediləcəyini bildiriblər. Kurslar sentyabrın 3-dək davam edəcək.
Qarşıdakı parlament seçkiləri ilə əlaqədar Naxçıvanda dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyaları sədrləri üçün tədris seminarı keçirilib. İştirakçılara seçki hüququ, onun təminatının qanunvericilik əsasları, seçki hüquqlarının pozulmasına görə məsuliyyət və digər məsələlərlə bağlı məlumat verilib.
Xəbər lenti
-
10 Fevral, 2012
İstanbulda partlayış baş verib -
10 Fevral, 2012
Mərkəzi Bankın İdarə Heyətinin üzvləri növbəti müddətə təsdiqlənib -
10 Fevral, 2012
Eurovision 2012-də iştirak edən ölkələrin Milli Finalının təqvimi -
10 Fevral, 2012
Türkiyə və Maltanın "Eurovision-2012" təmsilçiləri Bakıya gəlir -
10 Fevral, 2012
"Odlar Yurdu"nun qışı eurovision.tv saytında -
10 Fevral, 2012
Rusiyanın Dövlət Akademik Rəqs Ansamblının yaranmasından 75 il ötür -
10 Fevral, 2012
Qarlı və şaxtalı hava Avropa sakinlərini sınağa çəkməkdə davam edir -
10 Fevral, 2012
Arnold Şvartsneqer və Silvester Stalone eyni xəstəxanaya düşüb
1
xəbər sayı
1 - 8
və
3751






