İctimai Televiziya və Radio Yayımları Şirkəti: Bərdədə kütləvi zəhərlənmə baş verib Bərdədə kütləvi zəhərlənmə baş verib ================================================================================ Natiq Aliyev on 03 Sentyabr, 2010 Bəcirəvan kənd sakinləri Turanə Quliyeva və Cəsarət Qarayev qıcolma simptomları ilə Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Daha sonra eyni şikayətlə xəstəxanaya müraciət edən 7 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb. Reanimasiya şöbəsində olan xəstələrin vəziyyətinin orta-ağır olduğu bildirilir.