İctimai Televiziya və Radio Yayımları Şirkəti: Dünyada baş verən iqtisadi böhran nəticəsində əksər ölkələrdə iş yerlərini itirənlər gənclərdir Dünyada baş verən iqtisadi böhran nəticəsində əksər ölkələrdə iş yerlərini itirənlər gənclərdir ================================================================================ Natiq Aliyev on 03 Sentyabr, 2010 İş yerini itirənlər daha çox sənaye sahəsində çalışanlardır. Bu barədə «Qlobal maliyyə böhranının Azərbaycandakı əmək bazarına təsirinin qiymətləndirilməsi» adlı hesabatda məlumat verilib. İqtisadi Tədqiqatlar Mərkəzinin hazırladığı hesabatda maliyyə böhranı dövründə hökumətin məşğulluq siyasəti təhlil olunub. Qeyd edilib ki, Ümumi Daxili Məhsulun artması, işsizliklə bağlı göstəricilərdə mənfi dəyişikliklərin azlığı böhranın Azərbaycan iqtisadiyyatına təsirinin digər ölkələrə nisbətən zəif olduğunu deməyə əsas verir. Hesabatda işə-götürənlərlə işçilər arasında sosial dialoqun genişləndirilməsinin vacibliyi də əksini tapıb.