Həmsədrlər qoşunların təmas xəttinin qarşı tərəfinə keçiblər
Onlar Xankəndində olacaqlar
Bu gün Bərdə rayonuna gedən ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya), Bernar Fasie (Fransa) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik burada görüşləri başa vuraraq qoşunların təmas xəttinin qarşı tərəfinə keçiblər.
Ağdərə istiqamətində qoşunların təmas xəttinin qarşı tərəfinə keçən həmsədrlər oradan Xankəndinə gedəcəklər. Həmsədrlərin bu gün Xankəndində, sabah İsə İrəvanda görüşləri nəzərdə tutulur. Fransalı həmsədr Bernar Fasie səfərin yekunları ilə bağlı birgə bəyanatın yayımlanacağını bildirib. Xatırladaq ki, həmsədrlər dünən Bakıda Azərbaycan prezidenti, xarici işlər naziri və “Dağlıq Qarabağın azərbaycanlı imzası” İctimai Birliyinin rəhbərləri ilə görüşlər keçiriblər. Bu gün isə vasitəçilər Bərdə rayon icra hakimiyyətində olub, bölgədəki vəziyyətlə bağlı məlumat alıblar. Bernar Fasie jurnalistlərə açıqlamasında ilkin mənbədən aldıqları məlumatların çox maraqlı olduğunu bildirib.
Xəbər lenti
-
10 Fevral, 2012
İstanbulda partlayış baş verib -
10 Fevral, 2012
Mərkəzi Bankın İdarə Heyətinin üzvləri növbəti müddətə təsdiqlənib -
10 Fevral, 2012
Eurovision 2012-də iştirak edən ölkələrin Milli Finalının təqvimi -
10 Fevral, 2012
Türkiyə və Maltanın "Eurovision-2012" təmsilçiləri Bakıya gəlir -
10 Fevral, 2012
"Odlar Yurdu"nun qışı eurovision.tv saytında -
10 Fevral, 2012
Rusiyanın Dövlət Akademik Rəqs Ansamblının yaranmasından 75 il ötür -
10 Fevral, 2012
Qarlı və şaxtalı hava Avropa sakinlərini sınağa çəkməkdə davam edir -
10 Fevral, 2012
Arnold Şvartsneqer və Silvester Stalone eyni xəstəxanaya düşüb
1
xəbər sayı
1 - 8
və
3751






