İctimai Televiziya və Radio Yayımları Şirkəti: Elmar Məmmədyarov Tina Kaydanaunu qəbul edib Elmar Məmmədyarov Tina Kaydanaunu qəbul edib ================================================================================ Natiq Aliyev on 08 Sentyabr, 2010 Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Tina Kaydanaunu (Tina S. Kaidanow) qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan-ABŞ münasibətləri, Cənubi Qafqaz regionunda vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və bu istiqamətdə aparılan danışıq prosesinin cari vəziyyəti müzakirə edilib. Görüş zamanı tərəflər həmçinin regional, qlobal və qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.