BAŞ SƏHİFƏ | Gündəm | Rəsmi xronika

Rəsmi xronika

Şrift ölçüsü: Decrease font Enlarge font

Prezident İlham Əliyevin qəbulları

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatları Dövlət katibinin Cənubi Qafqaz regionu  üzrə müşaviri Tina Kaydanovu qəbul edib. Görüşdə Azərbaycanla Amerika arasında ikitərəfli əlaqələr, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin gedişi, eləcə də digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 
**
Prezident İlham Əliyev Niderland Krallığı Senatının prezidenti Rene van der Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Qonaq Azərbaycana yenidən səfər etməsindən, dostluq münasibətlərimizin və çox yaxşı əlaqələrimizin olmasından məmnunluğunu bildirib. Avropa Şurası Parlament Assambleyasının prezidentliyindən sonra Azərbaycan-Niderland dostluq qrupuna rəhbərlik etdiyini vurğulayan Rene Van der Linden senatın prezidenti kimi də Azərbaycanla əlaqələrə böyük önəm verdiyini deyib. Prezident İlham Əliyev  Rene van der Lindenin vaxtilə Azərbaycan-Niderland dostluq  qrupuna sədrlik etməsini yüksək dəyərləndirib. Dövlət başçısı Azərbaycanla Niderland Krallığı arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin daha da genişlənəcəyinə ümidvar olduğunu qeyd edib. Əməkdaşlığın inkişafı üçün yaxşı potensialın olduğunu vurğulayan prezident Rene van der Lindenin Azərbaycana bu səfərinin iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsi işinə töhfə verəcəyinə əminliyini bildirib. 

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
© 2005-2012 - İctimai Televiziya və Radio Yayımları Şirkəti
E-mail: info@itv.az