İctimai Televiziya və Radio Yayımları Şirkəti: Rəsmi xronika Rəsmi xronika ================================================================================ Natiq Aliyev on 08 Sentyabr, 2010 Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatları Dövlət katibinin Cənubi Qafqaz regionu üzrə müşaviri Tina Kaydanovu qəbul edib. Görüşdə Azərbaycanla Amerika arasında ikitərəfli əlaqələr, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin gedişi, eləcə də digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. **Prezident İlham Əliyev Niderland Krallığı Senatının prezidenti Rene van der Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Qonaq Azərbaycana yenidən səfər etməsindən, dostluq münasibətlərimizin və çox yaxşı əlaqələrimizin olmasından məmnunluğunu bildirib. Avropa Şurası Parlament Assambleyasının prezidentliyindən sonra Azərbaycan-Niderland dostluq qrupuna rəhbərlik etdiyini vurğulayan Rene Van der Linden senatın prezidenti kimi də Azərbaycanla əlaqələrə böyük önəm verdiyini deyib. Prezident İlham Əliyev Rene van der Lindenin vaxtilə Azərbaycan-Niderland dostluq qrupuna sədrlik etməsini yüksək dəyərləndirib. Dövlət başçısı Azərbaycanla Niderland Krallığı arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin daha da genişlənəcəyinə ümidvar olduğunu qeyd edib. Əməkdaşlığın inkişafı üçün yaxşı potensialın olduğunu vurğulayan prezident Rene van der Lindenin Azərbaycana bu səfərinin iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsi işinə töhfə verəcəyinə əminliyini bildirib.