İctimai Televiziya və Radio Yayımları Şirkəti: Ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsi üçün böyük imkanlar var Ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsi üçün böyük imkanlar var ================================================================================ Natiq Aliyev on 08 Sentyabr, 2010 Rene Van Der Linden hələ Avropa Şurası Parlament Asambleyasının prezidenti olarkən Azərbaycana obyektiv münasibəti ilə seçilib və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq hüquq normalarına əsaslanan mövqe nümayiş etdirib. Bu sözləri Milli Məclisin sədri Oqtay Əsədov Niderland krallığı senatının sədri Rene Van Der Linden ilə görüşündə deyib. Qeyd olunub ki, regiona səfərləri zamanı Rene Van Der Linden Azərbaycanda və Ermənisdanda eyni mövqedən çıxış etməsi ilə digərlərindən fərqlənib. Belə ki, Avropa Şurası Parılament Asambleyasının prezidenti kimi onun Ermənistanda Dağlıq Qarabağ münaqişəsi həll olunmadan bu ölkənin gələcəyinin olmadığını və Azərbaycanın sürətlə inkişaf etdiyini bəyan etməsi obyektiv münasibətin göstəricisidir. Senat sədrinin Azərbaycanın dostu olmasının təsdiqi kimi onun Niderland senatında Niderland-Azəraycan dostluq qurupu yaratması və özünün həmin qrupun sədri olması göstərilib. Qonaq öz növbəsində Azərbaycana prezident Ilham Əliyevin dəvəti ilə gəldiyinə görə məmunluq hissi keçirdiyini vurğulayıb. Bildirib ki,Bakıda Niderland səfirliyinin açılması ölkəsinin Azərbaycana verdiyi böyük önəmin göstəricisidir. O, şəxsən özünün 2 ölkə arasında əlaqələrin daha da inkişafı üçün əlindən gələni edəcəyini bildirib. Rene Van Der Linden daha sonra Milli Məclisin Beynəlxalq əlaqələr komitəsinin üzvüləri ilə də görüşüb. Görüşdə iki ölkə arasında əlaqələrin intensiv inkişaf etdirilməsi perespektiviləri barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, ikitərəfli əlaqələrin inkişafı üçün parlamentlərarası əlaqələrin böyük rolu var. Qonaq həmçinin Milli Məclisin binası ilə yaxından tanış olub. O, parlamentin plenar və komitə iclasları üçün nəzərdə tutulan zallarına baş çəkdikdən sonra, Heydər Əliyev muzeyində olub. Muzeyin xatirə kitabına ürək sözlərini yazıb.