Prezident İlham Əliyevin sərəncamı ilə Qusar RİH-ə 5 milyon manat ayrılıb
Vəsait Həzrə-Zuxul avtomobil yolunun tikintisinin davam etdirilməsi üçün nəzərdə tutulub
Prezident İlham Əliyev Qusar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 7 yaşayış məntəqəsini birləşdirən 22 kilometrlik strateji əhəmiyyətli Həzrə-Zuxul avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə dövlət büdcəsindən Qusar Rayon İcra Hakimiyyətinə 5 milyon manat ayrılıb.






