Arxiv
first first Mart, 2010 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
Baş səhifə | GÜNDƏM | Kanadalı yazar Skot Teylor Bakıda səfərdədir

Kanadalı yazar Skot Teylor Bakıda səfərdədir

Şrift ölçüsü: Decrease font Enlarge font

O,«Razılaşdırılmamış müxtəlifliklər-Türkiyə, Ermənistan və Azərbaycan» kitabının müəllifidir

Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında səylər daha da gücləndirilməlidir. Kanadalı yazıçı Skot Teylor etiraf edir ki, illər boyu davam edən erməni uydurmaları Azərbaycan ərazilərinin işğalı ilə nəticələnib. Qədim Azərbaycan torpaqları saxtakarlığa məruz qalaraq 1 sıra tarixi və coğrafi sənədlərdə ermənilər tərəfindən özününkiləşdirilib:   

“Kanadalıların əksəriyyəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəisi ilə bağlı həqiqətlərdən məlumatsızdır. Müəllifi olduğum kitabda 1915-ci ildən bu yana Türkiyə, Azərbaycan və Ermənistanın tarixindən bəhs olunur. Mən Qarabağda olanda ermənilərin tarixi faktları təhrif etdiyinin şahidi oldum. Onların mənə təqdim etdiyi xəritədə Azərbaycana məxsus, işğal altında olan ərazilərin adları erməni dilində təqdim olunur və guya Ermənistana məxsus olduğu göstərilirdi. Ona görə mən istəyirəm ki, gələcək nəsil saxta tarixi yox, əsl həqiqətləri bilsin.”

Skot Teylorun tarixi həqiqətlərə əsaslanan «Razılaşdırılmamış müxtəlifliklər-Türkiyə, Ermənistan və Azərbaycan» kitabında erməni diasporasının Türkiyə və Azərbaycana yönəldilən ərazi iddiaları və seperatçı fəaliyyəti elmi araşdırmalar əsasında sübuta yetirilir. Kitabda uydurma erməni soyqırımı məsələsinə də aydınlıq gətirilir. Qeyd olunur ki, tarixi saxtalaşdırmaqla dünya ictimaiyyətinə hələ də yanlış məlumatlar verməkdə davam edən erməni diasporu bu amildən öz milli maraqları naminə bəhrələnir. 
© 2010 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən İctimai TV-yə istinad zəruridir.
© 2005-2010 - İctimai Televiziya və Radio Yayımları Şirkəti
E-mail: info@itv.az